Toy haqqı
Bütün dünyada şou-biznes (əvvəllər mədəniyyət, incəsənət) və idman sahəsi öz gəlirliliyinə görə ən sərfəli sahələrdən sayılır. İlk baxışdan qeyri-ciddi, bəzən hətta araşdırmalara layiq olmayan şou-biznes, əslində, böyük pulların dövr etdiyi, sadə insanların bəzən illərlə qazana bilmədiyi pulların bir neçə saat ərzində qazanıldığı bir sahədir. Məhz şou-biznes nümayəndələri uğurlu iş adamları, əsl zadəgan ailələrin nümayəndələri və ya tanınmış idman “ulduzları‿ ilə yanaşı, qazancları ilə fəxr edib, təmtəraqlı həyat sürürlər. Təbiidir ki, söhbət Madonna və ya Opra Uinfridən (dünyanın ən varlı qadını sayılan Opra ABŞ-da məşhur tok-şou aparıcısıdır) düşəndə, tamamilə başqa məbləğlərdən söhbət gedir. Lakin şou-biznesin gəlirliyini sənətçinin təmsil etdiyi ölkənin reallığına nisbətdə götürdükdə, Azərbaycanda “ulduz‿ biznesinin gəlirliyinin də son dərəcə yüksək olduğu məlum olur.
Davamı...