"Dalğa"çılar bu suala cavab tapmaq üçün beynəlxalq konfrans təşkil etdi
19 Aprel 2008-ci il tarixdə, saat 14.00-18.00-a qədər Ambassador hotelində, Almaniyanın Fridrix Ebert Fondunun və Azərbaycan Avrointeqrasiya üzrə Milli-İctimai Komitəsinin dəstəyi ilə Dalğa Gənclər Hərəkatı tərəfindən “Azərbaycanın Avropaya İnteqrasiyası Prosesində gənclərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə müvafiq dövlət strukturlarının, beynəlxalq və yerli təşkilatların, o cümlədən, Qeyri-Hökumət Təşkilatların nümayəndələri iştirak ediblər. Konfransı giriş sözü ilə açan Eberd Fondunun Azərbaycan üzrə əlaqələndiricisi Rəşad Hüseynli ilk növbədə Dalğa Gənclər Hərəkatına belə bir təşəbbüslə çıxış etdikləri üçün təşəkkür etdi.
Davamı...
31 yanvar Rəsulzadənin doğum günü idi. Bu münasibətlə Dalğa Gənclər Hərəkatı Rəsulzadənin adı ilə bağlı olan 7 ayrı-ayrı yerdə simvolik aksiyalar keçirmək qərarına gəldi. Bu yerlər Bakı Dövlət Universiteti, Novxanı qəsəbəsinin girişindəki Rəsulzadə abidəsi, Rəsulzadə qəsəbəsinin girişi, İstiqlaliyyət küçəsindəki “İstiqlal abidəsi”, metronun 28 may stansiyası, Demokratiya bağı və nəhayət son 15 ildə abidəsinin qoyulacağı ilə bağlı tablo yerləşdirilmiş, lakin sonradan fontan quraşdırılmış Neftçilər prospekti ilə Rəsulzadə küçəsinin kəsişməsində, Kukla Teatrı ilə üzbəüz balaca park idi. Lakin, aksiyaların başlamasına 2 saata yaxın vaxt qalmış, yəni 31 yanvar saat 11-12:00 radələrində gül almaq üçün gedən 3 Hərəkatçı – Ramin Hacılı, Pənah Əliyev, Rövşən Nəcəfov heç bir əsas gətirilmədən metronun sahil stansiyası yaxınlığındakı gül dükanlarının birisində saxlanılaraq Səbail Rayon 39-cu Polis İdarəsinə aparılmışlar.
Məlum olduğu kimi 31 yanvar böyük mütəfəkkir və Azərbaycan Demokratik Cumhuriyyətinin banısı Məmməd Əmin Rəsulzadənin doğum günüdür. Dalğa Gənclər Hərəkatı həmin gün bir sıra aksiyalar keçirməyi planlaşdırır. Belə ki, 31 yanvar 2008-ci il saat 13:00-da Hərəkat fəalları Rəsulzadənin Novxanıda yerləşən heykəlinin önünə, 28 may metrosunun içərisində yerləşən Rəsulzadənin portretinin önünə, Rəsulzadənin adını daşıyan və Səbail rayonunda yerləşən küçəyə, Demokratiya (Sahil) bağına, Neftçilər prospekti ilə Rəsulzadə küçəsinin kəsişməsində yerləşən və Rəsulzadənin heykəlinin qoyulması üçün nəzərdə tutulan yerə (həmin yerdə hazl-hazırda fontan tikilib), Bakı Dövlət Universitetinin önünə, Rəsulzadə qəsəbəsinin girişinə və İstiqlaliyyət küçəsində yerləşən “İstiqlaliyyət abidəsi”nin önünə tər güllər düzəcəklər. Bütün bunlarla yanaşı 13:00-da Neftçilər prospekti ilə Rəsulzadə küçəsinin kəsişməsində yerləşən kiçik parkda “Açıq Hava Teatrı” təşkil olunacaq. 2008-ci ili Dalğa Gənclər Hərəkatı “Azadlıq və Həmrəylik İli” elan etmişdir. Buna müvafiq olaraq da Hərəkat hər kəsi 31 yanvar günü yaxalarına Rəsulzadənin şəklini asaraq şəhərin mərkəzində yerləşən “Fəvvarələr Bağı”nda və yaxınlıqda yerləşən Rəsulzadə küçəsində (Azərbaycan kinoteatrının ətrafı) gəzintiyə dəvət edir.Dalğa Gənclər Hərəkatı Rəsulzadənin adının əbədiləşdirilməsilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət etmişdir. Müraciət aşağıdakı kimidir:
Sədri isə Araz Qasımov əvəz edəcək
“Bizi ayıran deyil, birləşdirən nöqtələri axtarmalıyıq”
“Su şəffaflığın başlanğıcıdır!”
Dalğa GH həftə boyunca silsilə tədbirlər keçirir

.jpg)
Dalğa Gənclər Hərəkatı
Aksiya iştirakçılarından 10 nəfəri polis idarəsinə aparılıb
Bu gün “Dalğa” Gənclər Hərəkatının bir qrup üzvü eyni vaxtda saat 15.00-da Türkiyə və ABŞ-ın Azərbaycandakı səfirliklərinin binaları qarşısında piket keçirib. APA-nın məlumatına görə, aksiya iştirakçıları ABŞ səfirliyinin binası qarşısında bu ölkənin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma “erməni soyqırımı”nı tanıyan qətnamənin qəbuluna öz etirazlarını bildiriblər. Piketçilərə yaxınlaşan səfirliyin nümayəndəsi Con Polanşik qətnamə layihəsinin Nümayəndələr Palatasında təsdiqlənməyəcəyinə ümid etdiklərini söyləyib.
Gənclər hərəkatının yeni sədri xanım oldu
8 oktyabr 2007-ci ildə saat 14:00-dan 16:00-dək Dalğa Gənclər Hərəkatının (Dalğa GH) Beynəlxalq Mətbuat Mərkəzində (BMM) II qurultayı keçiriləcəkdir.
3 oktyabr 2007-ci il dahi Rus yazıçısı Sergey Yeseninin doğum günüdür. Bu münasibətlə Dalğa Gənclər Hərəkatı (Dalğa GH) üzvləri S.Yeseninin Mərdəkanda yerləşən, “Nəbatət bağı”ndakı “Yesenin xatirə muzeyin”i ziyarət etmişlər. Gənclər yaxalarına S. Yeseninin şəkillərini vurmuş, onun şeirlərindən oxumuş və barəsində danışmışlar.

Eynulla Fətullayevin məhkəməsi günü onlar ağızlarını bağlayacaqlar
Sevinc TELMANQIZI
Вопреки "потерям", активисты молодежного движения "Далга" совершили оригинальный марш-бросок по столице
Члены молодежной организации «Далга», участвующие в несанкционированной демонстрации протеста против коррупции в ВУЗах, задержаны полицией в среду в 15 часов, в сквере «Сахил».
17 DALĞAÇI HƏBS OLUNDU
Dalğa Gənclər Hərəkatı (Dalğa GH) 12 Fevral 2005 – ci ildə yaradılıb. Yarandığı qısa müddət ərzində 100 – dan çox gənci öz ətrafında toplamışdır. Dalğa GH mərkəzi Bakı şəhərində yerləşir və Gəncə şəhərində isə nümayəndəliyi fəaliyyət göstərir. Hal – hazırda Hərəkatın Bakı, Gəncə, Qax, Bərdə və digər regionlarda 200 – dan çox üzvü vardır. Dalğa GH qeyri hökumət və mənfəət güdməyən təşkilatdır.