Reklam verin!
HostGator
11:21 tarixində, İqbal tərəfindən, Xəbərlər bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:27

Con Makkeynin iqtisadi planları barədə yeni məlumatlar

"Politico" internet dərgisi Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Con Makkeynin iqtisadi planları barədə yeni məlumat verib. Biznes-Qaynar dərgiyə istinadən məlumat verir ki, onun proqramının mərkəzi bəndi - dörd ilə, başqa sözlə, bir prezidentlik müddətinə büdcəni balanslaşdırmaqla bağlı verdiyi vəddir.
Makkeynin məsləhətçiləri etiraf etdilər ki, “Amerika üçün işlər” ("Jobs for America") adlanan plan yeni prinsipial təşəbbüsləri özündə ehtiva edir. Birinci prezidentlik müddətində büdcənin kəsirini azaltmaq niyyəti barədə Makkeyn hələ 2008-ci ilin fevralında danışıb. Apreldə o bəyan etmişdir ki, dəyişilmiş iqtisadi şərait ucbatından buna səkkiz il lazım olacaq, lakin tezliklə o öz əvvəlki mövqeyinə qayıtdı.
Makkeyn öz məqsədinə nail olmaq üçün büdcə xərclərini kəskin azaltmaq fikrindədir. Belə ki, əsasən sosial proqramlar, birinci növbədə səhiyyə sahəsində xərclərin ixtisar olunacağı gözlənilir. Bundan başqa, o, Əfqanıstran və İraqdakı islam ekstremistləri üzərində qələbə çalacağına söz verir. Yeri gəlmişkən, bu mübarizə də büdcənin kəsirinin artmasına səbəb olub.
Makkeynin rəqibi, Demokratlar partiyasından ABŞ prezidentliyinə namizdən Barak Obamanın iqtisadi məsələlər üzrə məsləhətçisi Ceyson Furmanın (Jason Furman) hesablamalarına görə, büdcəni balanslaşdırmaq üçün Makkeyn xərcləri üç dəfə ixtisar etməli olacaq.
"Politico" xatırladır ki, hal-hazırki prezident Çorc Buş öz sələfi Bill Klintondan profisitli büdcəni miras almışdır. Lakin Ağ evin proqnozlarına görə, onun prezidenlik müddətinin sonuna büdcə kəsirinin həcmi 400 milyard dollar təşkil edəcək. Buş administrasiyası bunu hərbi əməliyyatlara və milli təhlükəsizlik naminə xərclənən vəsaitlərin artması ilə izah edir.
Müxtəlif sorğulara əsasən, məhz iqtisadi məsələlər amerika seçicilərini daha çox narahat edir.

Yaxın Şərqdə hər səkkiz kompaniyadan biri qadına məxsusdur

Yaxın Şərqdə şirkətlərin 13%-nin sahibi qadınlardır. Bu barədə Gulfnews agentliyi Dünya Bankına istinadən məlumat verir.
Dünya Bankının başçısı Robert Zellikin fikrincə, ərəb qadınları əlverişli şəraitdə yaxşı sahibkar və cəlbedici siyasətçi ola bilərlər. Zellik əlavə edib ki, qadınlara məxsus firmaların istehsalın və investisiyaların həcminə görə kişilərin sahibi olduğu firmalardan heç bir fərqi yoxdur.
Qadın-biznesmenlərin regionun iqtisadi inkişafına verdiyi töhfəni stimullaşdırmaq 2008-ci il iyunun sonunda Londonda keçirilən Arab International Women's Forum (AIWF) konfransında müzakirə predmeti olmuşdur. Konfransın iştirakçıları arasında 20 ölkənin, o cümlədən ABŞ, Kanada və bir sıra avropa və yaxın şərq ölkələrinin nümayəndələri olmuşdur.

İtaliya ümummilli nəqliyyat zərbəsi altındadır

İtaliyada qatarlar, avtobuslar və metrolar bazar ertəsi fəaliyyətlərini dayandırdılar. Belə ki, nəqliyyat işçiləri onların müddəti ötmüş əmək müqavilələrinin yeniləməsini tələb etmək üçün ümummilli tətil təşkil ediblər.
“Biznes-Qaynar”-ın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, dəmiryolçular 24 saatlıq tətilə hələ bazar günü başlayıblar. Bazar ertəsi isə İtaliyanın əksər şəhərlərində avtobus sürücüləri və metro qatarlarının maşinistləri işə çıxmayıblar. Belə ki, onlar axşam saatlarında işləyəcəklər.
Tətilin İtaliyanın nəqliyyat sisteminə 350 min avro zərər vuracağı gözlənilir. Bu nəqliyyatçıların iyulda planlaşdırılan ilk tətilidir. Hal-hazırda aeroport işçiləri də tətilə hazırlaşır.

Britaniyalılar hər il 4 milyon ton ərzağı zibilə atırlar

Böyük Britaniya sakinləri hər il 4 milyon ton məhsulu zibilə atırlar. “Biznes-Qaynar”-ın "The Independent" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Qordon Braun hökümətinin sifarişi ilə hazırlanmış hesabatda deyilir.
Məlumatda deyilir ki, Böyük Britaniya alilələri 4.1 milyon ton ərzağı tullamamaqla israfçılığa yol verməsəydilər, hər il 420 funt-sterlinqə qənaət etmək olardı. Hesabatda qeyd olunur ki, alınan məhsulların 40%-i zibil yeşiklərinə atılır.
Ölkə höküməti restoranlarda, məktəblərdə və digər yerlərdə atılan qida məhsullarının ixtisarını hədəfə alan proqram qəbul etmək niyyətindədir.
Hal-hazırda Böyük Britaniyanın alilələri ümumi xərclərinin cəmi 9%-ni qida məhsullarına sərf edir. 1984-cü ildə bu rəqəm 16% idi. Bununla belə, Böyük Britaniyadakı kasıb ailələr xərclərinin 15%-ni ərzağa sərf edir.

Almaniya alternativ enerji layihəsinə 47 milyard dollar vəsait yatırdı

Alman hakimiyyəti Şimal və Baltik dənizlərində 30 külək elektrik stansiyasının tikilməsi üzrə planın qəbul olunmasını elan edib. “Biznes-Qaynar”-ın verdiyi məlumata görə, külək turbinləri dərinliyi 40 metr olan suda qurulacaq və sahillə 100 km uzunluğunda olan kabellə birləşəcək.
Bu stansiyalardan hər biri 1 milyard 570 milyon dollara başa gələcək. Layihənin ümumi dəyəri isə 47 milyard dollar təşkil edəcək.
Layihə 2030-cu ilə kimi uzanacaq. Külək elektrik stansiyalarının ümumi gücü 25 min meqavatt olacaq. “Welt am Sonntag” qəzeti xəbər verir ki, yaxın zamanlarda 11 min meqavatt elektrik enerjisi hasil edən külək elektrik stansiyaları qurulacaq. Bununla da Almaniya digər ölkələrdən enerji asılılığını azaltmaq fikrindədir.
Almaniya külək elektrik stansiyalarının kütləvi qurulması barədə qərar qəbul edən yeganə ölkə deyil. 2003-cü ildə analoji təşəbbüs ilə Böyük Britaniya da çıxış etmişdir.

Neftin qiyməti yenə də artacaq

Neftin qiymətinin qalxması dolların məzənnəsinin aşağı düşməsi ilə əlaqədar davam edəcək, lakin bunda “heç kim maraqlı deyil”. “Biznes-Qaynar”-ın verdiyi məlumata görə, bu sözləri Əlcəzairin energetika naziri Şakib Xəlil “Əlcəzair nyus” qəzetinə verdiyi müsahibədə bəyan edib.
“Yaxın həftələrdə neftin qiyməti yenə də qalxacaq, - deyə o bildirib. - Bizə dolların məzənnəsini izləmək lazımdır, çünki dolların kursunun 1 faiz düşməsi neftin qiymətinin 1 barrelə görə 4 dollar bahalaşması deməkdir”. “Biz hesab edirik ki, neftin təklifi kifayətdir və təkliflə tələbatın bərabərliyi hamının marağındadır və bunu pozmağa ehtiyac yoxdur, neftin qiymətinin hazırki artımı isə digər tərəfdən, heç kimə lazım deyil”, - deyə Xəlil qeyd edib.

BƏƏ İraqın borcunu sildi

Birləşmiş Ərəb Əmirlikləri İraqın 4 milyard dollarlıq borcunu ləğv etdi və Bağdada öz səfirini göndərərək, 2003-cü ildən kəsilmiş diplomatik əlaqələri bütünlüklə bərpa etdi. “Biznes-Qaynar”-ın Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, qeyd olunur ki, bu, hökümətində şiələrin dominant mövqedə olduğu İraqla və hakimiyyətin sünni ərəblərə məxsus olduğu qonşu dövlətlərlə mehriban qonşuluq əlaqələrinin bərpasına doğru atılmış daha bir addım oldu. İyunun sonunda İordaniya da öz səfirini Bağdada göndərdi. Küveyt və Bəhreynin də tezliklə İraqla diplomatik əlaqələri bərpa edəcəyi gözlənilir.
İraq hökümətinin başçısı Nuri Əl-Maliki də bir neçə dəfə diplomatik əlaqələrin bərpası və ərəb ölkələrinin İraqa verdiyi 67 milyard dollarlıq borcun silinməsi barədə çıxış etmişdir.

 





Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha