Reklam verin!
HostGator
11:21 tarixində, İqbal tərəfindən, ƏYLƏNCƏ bölməsində yazılib       Şərhlər(1)      Baxış sayı:50

Üslub

Sən bir qəşəng qızıydın
Universitetə qəbul olundun.
Əyani oxumaq istədin
partana əyləşəndə
ilk dəfə dizlərini müəllimin gördü.
Dizlərin plyajdan daha qəşəng idi.
Yaşıdın oğlanları saya salmadın
Quşun yaşlı kişilərə qondu.
Haradan bildin ki,
yaşlı kişilər gənc qızlara
bərk bağlanırlar
Onları itirməmək üçün
hər şeyə gedirlər.
Yaşlı qadınlar da
sütül oğlanları bərk tuturlar.
Bunu sənə inturist
mehmanxanasında
işləyən yaşlı xazejkan söyləmişdi.
Hələ bir dəfə də demişdi
Sən bu bədənlə yaxşı
pul qazana bilərsən
Arvadı ölmüş
bir kişiyə gedərsən.
Hazır ev-eşik sahibi olarsan.
Ona görə də yaşlı kişilərlə
kabab yedin,
Mini yubkalar geydin
Universitetdə qiymətlərini
pulsuz yazdılar.
Ancaq yaşlı kişilərin
arvadları ölmədi ki, ölmədi.
Bir gün xazeykana dedin:
“Mən necə ərə gedəcəyəm”
Kənddə əmin oğluna gedərsən - dedi,
Kənd oğlanları avam olur.
Sonra səni tanış bir ginekoloqun
yanına apardı,
Qızlığını yaxşıca düzəltdi.
Daha bir kişini də
aldada bilərsən - dedi.
Pulunu da yaşlı bir kişi verdi.
əldən - ələ düşdün
dildən - dilə.
Yaşlı kişilərin
arvadları ölmədi ki, ölmədi.
Üzləri bərk imiş.
Sonra da kafedə işlədin
Plyaj dizlərindən daha qəşəngdi.

Hər səhər bir səs gəlir
kafedən
Mən zamanın qızıyam
Köynəyi qırmızıyam.

İç, Çöl

Mən həmişə nazik bədənli bir
qadında
zırpı bir kişi təsəvvür edirəm.
Birdən qadın kişi olur
corabları tərləyən
on il türmədə həyat sürən
qabaqda iki dişi qızıl olan,
bir kişiylə üz- üzə qalmaq
sevdiyin bir qadını unutmaq qədər
ağırdı.
…Sonra kişi qadın olur,
qadın kişi görkəmləri bir-brini
əvəz edir.
Yupyumru qız döşlərinin
qalın mazutlu kişi əllərindən
nə ilə fərqləndiyini anlamıram.
Bəlkə də bu məxluqlar
şəhər evlərinin otaqları kimi
iç - içədirlər.
Əvvəl girirsən kişi,
Sonra qadın,
Və ya əksinə.
Bəlkə qadın kişinin içidir,
Belə də təsəvvür etmək olar ki,
kişi qadının içidir ki, var.
Mən heç cür onları ayıra bilmərəm
Dodaqlarını fərqləndirənə qədər
iş tamam olur.
Bəlkə də onlar çöllərini
gizlədiblər bizdən,
İçlərini eyni rəngli
paltarlar kimi
götürüb səriblər üstlərinə.

NƏTİCƏ


Qadının bədəninə yol ən birinci
sözdən başlayır.
Hər ehtiraslı öpüşdən sonra
uşaq doğular.
Partnyorlar bunun fərqində
deyillər.
Qadının, ya da kişinin
tez - tez dəyişdirilməsi ən çox
o ölən uşağın çəkdiyi
“ah”a görədir.
Bətnində uşaq gəzdirən
qadınların ərindən ayrılmaq
ehtimalı daha azdır.
Sözdən qabaq əl işə düşürsə
bu, qadının bədəninə yol deyil
əsla.
Əgər belədirsə,
qadınla kişinin öpüşməsindən
alınan reaksiyanı
adicə əllə də almaq
mümkündürsə,
mənasız bir qadına
bir qaşıq bədən şirəsini
vermək hayıfdı vallah.
Bu, ona bənzəyir ki,
gözəl - göyçək bir oğlan
uşağını diri - diri
aparıb atırsan zibil yeşiyinə.
Bakıda zibil yeşikləri
uşaq meyidləri ilə doludur.
Əgər nəticə uşaq öldürməkdən
ibarətdirsə,
bu, lazım deyil.
 

DEMƏLİ


Qadınlar hər axşam üst başlarında
kişilərin baxışlarını evə aparar.
Məncə bu xəyanətə gedən yolun
başlanğıcı kimi o qədər də pis deyil.
Əgər ərin öz arvadına hər gecə,
heç olmasa günaşrı gözü düşmürsə,
o qadın xəyanətkar deyil əsla.
Hər gözəl qadın xəyanət yolunun
başlanğıcında,
ya ortasında, ya da axırındadı.
Hər gözəl qadın
hər gecə öz üstündən
kişilərin baxışını abort eləyər.
Dizdən yuxarı yupqasını uşaq kimi
doğar.
Dik döşlərini əvvəlki sahəsinə
qaytarar.
Sinəyə sərbəst yıxılmış döşlərdə
heç vaxt süd vəzinin xərçəngi
olmur.
Ən çox xəyanət edilən şeyin
ürək olduğunu bilirsinizmi?
Ona görə də bu zavallı
həmişə intihar edir.
Çünki qadının çölü
ürəyinə tabe deyil.





1
wolf yazıb:

qaqash icaze ver bunu oz saytima yerleshdirim olar???

11:21

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha