Reklam verin!
11:21 tarixində, İqbal tərəfindən, Bölməsiz bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:38

Kasıb ölkələrə yönəldilən investisiyalar 5 ildə 6 dəfə artıb

Dünya bankının hesabatında, inkişaf etməkdə olan ölkələrə yatırılan investisiyaların 2002-ci illə müqayisədə 6 dəfə artaraq 2007-ci ildə trillion dollara çatması barədə məlumat verilir.
Əsasən də bank kreditlərinin həcmi 10 milyarddan 300 milyard dollara və fond bazarına yönəldilən investisiyaların həcmi isə 5 milyarddan 145 milyard dollara kimi artıb. İnvestisiyaların böyük həcmi özəl sektora yatırılıb. Dövlət layihələrinə yatırılan investisiyaların həcmində isə azalma qeydə alınıb.
Bununla belə xarici investisiyalar inkişaf etməkdə olan ölkələrdə qeyri-bərabər yayılır. 2007-ci ildə ən çox investisiya qəbul edən ölkələr Braziliya və Çin olmuşdur. Halbuki, cənubi Saxarada yerləşən Afrika ölkələrinə çox az məbləğdə investisiyalar cəlb olunmuşdur.
Üçüncü dünya ölkələrinin inkişaf etmiş ölkələrə olan borclarının ümumi həcmi beş ildə 1 trilyon dollardan 3 trilyon 200 milyard dollara çatmışdır.
ABŞ və Avropada yaşanan kredit böhranının nəticəsidir ki, Dünya Bankının ekspertləri “Üçüncü dünyaya” yönələn investisiyaların həcminin 2009-cu ildə 200 milyard dollara kimi azalacağını güman edir. Bütün dünya üzrə iqtisadi artım tempi 2007-ci ildəki 3,7%-dən cari il 2,7%-ə kimi düşəcək. Buna baxmayaraq, inkişaf etməkdə olan ölkələr arasında iri iqtisadiyyatlara malik olanları iqtisadi artım tempini qorumağa müvəffəq olsa da, digər ölkələr ciddi maliyyə və iqtisadi sıxıntılara məruz qalacaqlar.

Əhmədinejad iran banklarına bütün pulları ölkəyə qaytarmağı əmr etdi


İran prezidenti Mahmud Əhmədinejad ölkəsinin qabaqcıl banklarına əmr edib ki, Avropanın maliyyə təşkilatlarının hesablarında saxladıqları bütün ehtiyatları İran Mərkəzi Bankına köçürsünlər. Əhmədinejadın sözlərinə görə, belə olan təqdirdə avropa banklarında olan milyardlarla dollar İran əleyhinə beynəlxalq sanksiyalar tətbiq olunduqda dondurula bilməz.
Son illər ABŞ prezidenti Corc Buşun administrasiyası Birləmiş Ştatlarda, həmçinin Avropa ərazisində mövcud olan iran banklarının fəaliyyətinə mane olmağa çalışır. Amerika prezidentinin fikrincə, iran nüvə proqramının və beynəlxalq terror təşkilatlarının maliyyələşdirilməsinin başlıca mənbələri İranın maliyyə təşkilatlarıdır.
Yaxın zamanlarda Böyük Britaniyanın iri banklarından biri olan Barclays ABŞ-ın tərəfinə keçərək iran şirətlərində işləyən britaniyalıların hesablarını bağlamağa başladı. Bundan başqa, Barclays İranın Böyük Britaniya ərazisində şöbələri olan Saderat və Melli bankları ilə əməkdaşlıqdan imtina etdi.

Amerikalıların yarısı Obamanı ölkə iqtisadiyyatını xilas etməyə qadir bilir


Pew Research mərkəzi tərəfindən mayın sonlarında aparılan sorğunun nəticələrinə görə, seçicilərin 51%-i belə hesab edir ki, Demokrat partiyasından ABŞ prezidentliyinə namizəd Barak Obama ABŞ-ın iqtisadi vəziyyətini yaxşılaşdıra bilər.
Obamanın rəqibi, respublikaçı Con Makkeyn haqqqında eyni fikri seçicilərin 36%-i bəyan edib. Bununla belə, sorğuya cəlb olunan 13% seçici belə düşünür ki, ölkə iqtisadiyyatında müsbət meyllərin formalaşdırılması heç bir namizədin gücü çərçivəsində deyil.
Seçicilər üçün namizədlərin seçkiqabağı proqramlarının başlıca bölməsi iqtisadi siyasət olaraq qalır. Bunu seçicilərin 88%-i çox vacib adlandırır. İraqda müharibəni amerikalıların 72%-i çox vacib sual hesab edir.
May ayında ABŞ-da son iki onillikdə ən böyük işsizlik səviyyəsi - 5,5% - qeydə alınmışdır.
Seçicilərin 66%-i belə hesab edir ki, ABŞ-ın növbəti prezidenti öz fəaliyyətini daha çox ölkənin daxili problemlərinə həsr etməlidir, 22%-i isə belə düşünür ki, xarici siyasət daha vacibdir.

İntel inhisarçılıqda günahlandırılır

ABŞ Federal Ticarət Komissiyası İntel kompaniyasına münasibətdə antiinhisarçı araşdırmalara başladı. Bundan əvvəl bu cür araşdırmalar Avropada bə bir sıra Asiya ölkələrində aparılmışdır.
Amerika Antiinhisar Qurumu İntel kompaniyasının öz biznesini qeyri-sağlam rəqabət üsulları ilə aparmasından şübhələnir. Belə güman olunur ki, kompaniya bir sıra iri kompüter texnikası istehsalçılarına özünün rəqibi olan AMD prosessorlarından istifadədən imtina və İntel prosessorları ilə işləməyə keçirilməsi əvəzində şirnikləndirici şərtlər təklif edirdi.
İntel kompaniyası biznesin qeyri-sağlam rəqabət üsulları ilə aparılmasında birinci dəfə ittiham olunmur. Bundan əvvəl Avropa Komissiyası İntel-i antimonopoliya qanunvericiliyinin pozulmasında günahkar bilmişdir. Yaponiya Antimonopoliya Qurumunun nümayəndələri də analoji fikri bölüşürlər.
Bu yaxınlarda Cənubi Koreya hakimiyyəti İntel-i haqsız rəqabət apardığına görə 25,4 milyon dollar cərimə etmişdir.

Karl İkan Yahoo!-nu 49,5 milyard dollar dəyərində qiymətləndirdi


Milyarder və Yahoo!-nun səhmlərinin sahiblərindən biri Karl İkan (Carl Icahn) hesab edir ki, Yahoo! Internet kompaniyasının bir səhmi üçün ədalətli qiymət 34 dollar təşkil edir. Beləliklə, axtarış sisteminin ümumi dəyəri 49,5 milyard dollar təşkil edir.
İkan hesab edir ki, əgər Microsoft Yahoo!-nu almaqla bağlı danışıqlara qayıtsa, o zaman axtarış sisteminin rəhbərlərinin bu qiymətlə razılaşması vacibdir. Yox əgər Microsoft-la razılaşmaq qeyri-mümkün olsa, onda Yahoo!-ya öz başlıca rəqibi - Google ilə əməkdaşlıq istiqamətlərini tapması vacibdir.
Maliyyəçi Karl İkan səhmdarı olduğu şirkətlərin idarə edilməsinə qarışmaqla məşhurdur. O, Yahoo!-nun Microsoft tərəfindən mənimsənilməsi namininə aktiv çıxış edirdi və hal-hazırda da edir. Yaxın günlərdə o bəyan etmişdi ki, əgər şirkətin direktorlar şurasını öz tərəfdarları hesabına dəyişirməyə müvəffəq olsa, Yahoo!-nun baş direktoru Cerri Yanqı (Jerry Yang) tutduğu vəzifədən aşağı salacaq.
İkan Yahoo!-nun rəhbərliyi ilə mübarizəsini rəsmən 15 mayda - Yahoo!-nun səhmlərinin dörd faizinin alınması ilə bəyan etdi. O zaman o, internet-kompaniyanın hazırki direktorlar şurasının üzvlərini dəyişdirmək niyyəti ilə on nəfərdən ibarət siyahı tərtib etdi.
Xatırladaq ki, Microsoft axtarış reklamı bazarında öz payını artırmaq məqsədilə 31 yanvar 2008-ci ildə Yahoo!-ya 44,6 milyard dollar təklif etdi. Bu da o zaman axtarış sisteminin bazar qiymətini 62 faiz qabaqlayırdı. Amma Yahoo!-nun direktorlar şurası kompaniyanı qiymətləndirilməmiş hesab etdi və Microsoft-un təklifindən imtina etdi.

Ermənistanda külək və günəş energetikası inkişaf edir

Ermənistanın energetika və təbii sərvətlər naziri Armen Movsisyan bəyan edib ki, Ermənistan külək energetikasını inkişaf etdirmək və günəş enerjisindən istifadə etmək baxımından ciddi potensiala malikdir.
“Ermənistanın külək energetikasının imkanları kifayət qədər öyrənilib. Artıq ilk pilot stansiyalar quraşdırılb, sahəyə xarici investisiyalar cəlb olunur, investorlar işləyir, hətta artıq onlar lisenziya da alıblar və artıq 100 meqovat gücündə külək elektrik stansiyasının tikintisi üçün konkret işlər görülür”, - deyə nazir keçirdiyi mətbuat konfransında bildirib.
Movsisyan həmçinin onu da deyib ki, hazırda 200-300 meqovat gücündə külək elektrik stansiyalarının tikilməsi istiqamətində danışıqlar aparılır. Nazir qeyd edib ki, Ermənistana külək energetikası sferasını inkişaf etdirmək lazımıdır, kiçik külək elektrik stansiyaları isə bir neçə ildən sonra ciddi potensiala malik olacaqdır.
“Biz həmçinin günəş enerjisindən istifadəni də inkişaf etdirməyə səy göstəririk. Bütün dünyada günəş enerjisi sahibkarlıq məqsədləri üçün yox, lokal problemləri həll etmək üçün istifadə olunur”, - deyə Energetika Nazirliyinin başçısı bəyan edib.
2005-ci ilin dekabrından Ermənistanda regionda yeganə olan külək stansiyası fəaliyyət göstərir. Bu stansiya İranın 3,5 milyon dollar həcmində qrantı hesabına reallaşıb. Onun ümumi gücü 2,6 meqovat, 2007-ci il müddətində illik elektrik enerjisi hasilatı isə 2,9 milyon kilovat/saat olmuşdur (ölkədəki ümumi həcmin 0,05%-i qədər).

ABŞ İraqı valyuta ehtiyatlarına həbs qoymaqla hədələyir

ABŞ höküməti İraqı Nyu-York Federal Rezerv Bankının hesabında saxlanılan 20-50 milyard dollara həbs qoymaqla hədələyir. Vaşinqton bu ehtiyatları İraq hökümətinə təzyiq aləti kimi istifadə etmək niyyətindədir. Burada məqsəd isə İraqın ABŞ-la strateji alyans qurmasına nail olmaqdır.
ABŞ prezidenti Corc Buşun administrasiyası 31 iyul 2008-ci ildə İraqla razılaşma bağlamaq niyyətindədir.
Strateji alyans barədə razılaşma İraqın ərazisində ABŞ-a məxsus 50 hərbi bazanın yaradılmasını, amerika hərbi qulluqçularının iraq qanunlarından tamamilə müdafiəsini və ABŞ-ın İraq ərazisində axtarışlar və hərbi aksiyalar keçirən zaman İraq hakimiyyəti ilə məsləhətləşmədən sərbəst hərəkətini özündə ehtiva edir. Bundan əlavə, razılaşmanın şərtlərinə görə, ABŞ İraqın hava məkanının doqquz min metr hündürlüyünə tam nəzarət etmək və terrorizmlə mübarizə imkanı əldə edəcək.
İraq höküməti isə Birləşmiş Ştatlarla razılaşmanın əleyhinədir. Bundan başqa, rəsmi Bağdadın fikrincə, ABŞ-la strateji alyans 151 min amerika əsgərinin məhdudiyyətsiz İraq ərazisinə daxil olmasına imkan verəcək.


 

Avropa Mərkəzi Bankı baza faiz dəhlizini dəyişdirmədi

Avropa Mərkəzi Bankı 5 iyun müşavirəsində avrozonanın baza faiz dəhlizini dörd faiz səviyyəsində saxladı, hansı ki, son altı ildə maksimal hədd hesab olunur. Bu haqda Avropa Mərkəzi Bankının rəsmi press-relizində deyilir. Analoji qərarı ölkədəki faiz dəhlizini beş faiz həddində saxlamaqla İngiltərə Bankı da qəbul edib.
Avropanın monetar hakimiyyəti faiz dəhlizini qaldırmaqla inflyasiya ilə mübarizə aparırlar. İyunun əvvəlində ABŞ Federal Rezerv Sisteminin rəhbəri Ben Bernanke bildirdi ki, dəhlizi aşağı salmaq niyyətində deyillər. Çünki bu, dolların avroya münasibətdə məzənnəsinin artmasına səbəb oldu.
Baza faiz dəhlizi monetar alət kimi bütün dünya mərkəzi bankları tərəfindən iqtisadiyyatın tənzimlənməsində istifadə olunur. Faiz dəhlizinin aşağı salınması o deməkdir ki, iqtisadiyyatda əlavə pul kütləsi yaranır, hansı ki, yeni proyektlərin reallaşmasına yatırılır və bu da öz növbəsində ÜDM-i artırır. Faiz dəhlizinin qaldırılması isə, əksinə, iqtisadiyyatın artım sürətini zəiflədir, lakin qiymətlərin artımı ilə mübarizədə yaxşı nəticə verir, belə ki, iqtisadiyyatda pul kütləsi azalır.





Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha