Reklam verin!
HostGator
11:21 tarixində, İqbal tərəfindən, Xəbərlər bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:32

Aprelin sonunda Çinin valyuta ehtiyatları 1 trilyon 760 milyard dollar təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 74 milyard 500 milyon dollarlıq artım deməkdir. Əgər bu artımı 720 saata (1 ay) bölsək, belə nəticə hasil olur ki, Çinin valyuta ehtiyatları saatda təxminən 103 milyon dollar artır.
Çinin valyuta ehtiyatları dünyada ən böyükdür və Yaponiya, Tayvan, Cənubi Koreya və Honkonqun ümumi ehtiyatlarından çoxdur. Bu asiya ölkəsinin valyuta ehtiyatlarının böyük əksəriyyəti dollarda saxlanılır. Böyük amerika valyuta ehtiyatlarının Çində yığılıması ABŞ iqtisadiyyatı üçün təhlükə mənbəyidir. Belə ki, əgər yerli hakimiyyət valyutanın satılması qərarına gəlsələr, onda dolların məzənnəsi sürətlə aşağı düşəcək.
Çinin valyuta ehtiyatları iqtisadi artım hesabına artır. Belə ki, bu ölkənin iqtisadi artımı son illər dəyişməyərək 10%-i üstələyir. 2007-ci ilin sonunda ABŞ və Qərbi Avropada əmələ gələn qlobal iqtisadi böhran da Çinin ÜDM-inin artım tempini əhəmiyyətli dərəcədə azalda bilmədi.
Hələ 2004-cü ilin əvvəllərində Çinin valyuta ehtiyatları 416 milyard dolları keçmirdi. 2005-ci ildə bu ehtiyatlar 623,6 milyarda, 2006-cı ildə 845,2 milyarda, 2007-ci ildə isə 1,1 trilyon dollara çatdı.





Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha