Beynəlxalq Valyuta Fondu ən rekord inflyasiyanın olmasına rəğmən avrozonanın 2008-ci il üçün iqtisadi artım proqnozunu 1,75%-ə kimi artırdı. Beynəlxalq Valyuta Fondunun hesabatında belə deyilir. BVF-nin avrozonaya daxil olan 15 ölkə üçün əvvəlki proqnozu 1,4% təşkil edirdi. 2008-ci ilin əvvəlindən başlayaraq iqtisadi artıma görə Almaniya lider oldu. Bu ölkənin ÜDM-i 1,5% artaraq son 12 ildə ən rekord göstərici oldu.
2008-ci ilin 3 iyununda o da məlum oldu ki, cari ilin 1-ci rübündə avrozonanın ÜDM-i 2007-ci ilin 4-cü rübü ilə müqayisədə 0,8% artıb.
Buna baxmayaraq, maliyyə bazarlarının qeyri-sabitliyindən yaranan effekt avrozonanın iqtisadiyyatında daha bir il özünü büruzə verəcək. Avrozonaya daxil olan 15 ölkədə ÜDM-in artım tempi azalmaqda davam edəcək və 2009-cu ildə 1,25% təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, 2007-ci ildə avrozonanın ÜDM-i 2,5% artmışdır.
Avrozona ölkələrinin iqtisadi artımı 2008-ci ildə də yüksək inflyasiya ilə müşayət olunacaq, hansı ki, mayda 3,6% təşkil edib. BVF ekspertlərinin fikrinə görə, Avropa Mərkəzi Bankının faiz dəhlizini artırmamaqla həyata keçirdiyi pul-kredit siyasəti düzgündür. Avropa Mərkəzi Bankı dəhlizi dörd faiz həddində saxlayır ki, bu da öz növbəsində inflyasiyanın azalmasına yardım edir. 2009-cu ilin sonunda qiymətlərin artımı iki faizi keçməyəcək.
