Reklam verin!
11:21 tarixində, İqbal tərəfindən, Xəbərlər bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:29

Dünya Bankı ərzaq böhranı ilə mübarizəyə 1,2 milyard dollar ayıracaq. Bu məbləğin 200 milyon doları isə qrant şəklində kasıb ölkələrə veriləcək. Dünya Bankının 29 mayda yaydığı press-relizdə belə deyilir.

“Ərzaq məhsullarının yüksək qiymətə olması planetin bir milyard kasıb sakinini iki milyarda çevirir”, - deyə Dünya Bankının prezidenti Robert Zelik bildirir və əlavə edir ki, proqram əhalinin daha çox ehtiyacı olan və aclıq təhlükəsilə üzləşən hissəsinə yardım üçündür. Bundan başqa, 2009-cu ildə Dünya Bankı inkişaf etməkdə olan ölkələrdə ən əsas kiçik təsərrüfatları böhrandan qorumaq məqsədilə dünya kənd təsərrüfatına olan dəstəyini dörd milyard dollardan altı milyard dollara qədər artıracaq və məhsulların xüsusi sığorta mexanizmini yaradacaq.

Bu yaxınlarda qrantların Haitiyə və Liberiyaya (hərəsinə 7 milyon dollar), həmçinin Cibutiyə (5 milyon dollar) verilməsi təsdiqləndi. İyunda Toqo, Yəmən və Tacikistana yardım olunacaq.





Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha