Belçika hakimiyyəti İraqın dövlət borcunun 80 faizini - hansı ki, 320 milyon avro (500 milyon dollar) təşkil edir - silməyə hazırdır. Bu barədə Belçikanın dövlət katibi Olivyer Şastel bəyanat verib. Bununla belə, Belçika borcun 260 milyon avrosunu (403 milyon dollar) siləcək.
Onu da deyək ki, İraqın yeni hökümətinin dövlət borcu Səddam Hüseyn rejimindən miras qalıb.

