“Forbes” jurnalı, İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatının (İƏİT) Facebook 2008 illik statistik rəqəmlərinə əsaslanaraq dünyanın ən çox işləyən 30 ölkəsinin siyahısını tərtib edib. Bəzi izaholunmaz səbəblərə görə, İƏİT 2006-cı ilə olan məlumatları verir (2007-ci ilin nəticələrini 2009-cu ildə öyrənmək mümkün olacaq). Reytinqin tərtibatında İƏİT-in üzvü olan ölkələrin sakinlərinin öz işlərinə sərf etdikləri saatların kəmiyyəti nəzərə alınmışdır.
Reytinqdə birinci yeri ilin 2357 saatını işə sərf edən koreyalılar tutur. Beləliklə, işləyən hər bir koreyalının iş gününün orta müddəti 6.5 saat təşkil edir (bayram və istirahət günlərini nəzərə almamaq şərtilə). Qeyd edək ki, Koreya adambaşına iş saatlarının miqdarına görə İƏİT-ə üzv olduğu zamandan - 1980-ci ildən bəri öz lider mövqeyini qoruyub saxlayır.
Əgər nəzərə alsaq ki, Koreyada həftədə 5 gün işləyirlər, məzuniyyət 4 həftə, istirahət günləri - 14 həftədir, onda belə çıxır ki, koreyalılar ilin 241 gününü işləyirlər. Beləliklə, iş gününün orta müddəti 9.7 saata bərabərdir.
Əməksevər koreyalılardan sonra heç də az əməksevər olmayan yunanlar gəlir. 2006-cı ildə hər bir yunan öz ömrünün 2052 saatını işə sərf etməyə ərinməmişdir. Üçüncü yeri çexiyalılar tutur - onlar ilin 1997 saatını işləmişlər. Reytinqin dördüncü və beşinci sətrində Bolqarıstan və Polşa qərarlaşmışdır. Bu ölkələrin sakinləri müvafiq olaraq ilin 1989 və 1985 saatını işə sərf etmişlər. İƏİT-in məlumatlarına əsasən ən “tənbəl” əhali Niderland sakinləri olmuşlar. Orada hər bir işçi ilin 1391 saatını işləmişdir. Beləliklə hollandlar üçün iş gününün orta müddəti 3,8 saat təşkil etmişdir (təqvimdəki “qırmızı günlər” və istirahət günləri istisna olmaqla).
Bununla belə, əgər dörd həftəlik məzuniyyəti və bütün istirahət günlərini nəzərə alsaq, onda belə çıxır ki, iş gününün orta müddəti 5.7 saata bərabərdir.
“Tənbəllərin” beşliyinə Norveç də daxildir. 2006-cı ilin yekunlarına görə bu ölkə 29-cu yerə yiyələnmişdir - hər bir norveçli ilin orta hesabla 1407 saatını işləmişdir. 28-ci yerdə Almaniyadır, hansının ki, vətəndaşları Norveçlilərə nisbətən işə 29 saat çox vaxt sərf etmişdir.
“Dünyanın ən çox işləyən ölkələri” siyahısında Belçika və Fransa uyğun olaraq 26 və 27-ci yerləri tutur. Fransızlar 2006-cı ildə ortalama 1564 saat, Belçikalılar isə 1571 saat işləmişlər.
İƏİT-in tətqiqatçıları qeyd edirlər ki, 1983-cü ildən bəri İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatının üzvü olan bütün ölkələrdə iş gününün orta müddəti dayanmadan ixtisar olunmuşdur. Bu baxımdan koreyalılar yenə də birinci olmuşlar. Onların iş gününün orta müddəti 1980-ci ildə 1.3 saat azalaraq, 7.8 saatdan 6.5 saata düşmüşdür.
İş gününün ən az dəyişkənliyi amerikalılara nəsib olmuşdur. Belə ki, amerikalılar həm 1980-ci idlə, həm 1990-cı ildə, həm də 2006-cı ildə gündəlik ortalama 4.9 saat işləmişlər. Yeri gəlmişkən, haqqında bəhs etdiyimiz reytinqdə onlar doqquzuncu yeri tutmuşlar- hər bir amerikanlı ilin orta hesabla 1797 saatını işləmişdir.
Maraqlıdır ki, həmişə öz zəhmətsevərliyi ilə tanınan Yaponlar 2006-cı ilin nəticələrinə görə, hər biri ilin 1784 saatını çalışmaqla 12-ci yerə sahib çıxmışlar. Onların orta iş günü müddəti 4.8 saat təşkil etmişdir. Ancaq, ədalət naminə qeyd etməyə dəyər ki, 1970-ci ildən və koreyalıların İƏİT-ə üzv olmasından qabaq Yaponiya ən çox işləyən ölkələr arasında birinci yerdə idi.
“Dünyanın ən çox işləyən ölkələri”nin siyahısı:
1. Koreya -2357 (hər bir işçinin bir ildə orta hesabla işlədiyi saatların miqdarı)
2. Yunanıstan - 2052
3. Çexiya - 1997
4. Bolqarıstan - 1989
5. Polşa - 1985
6. Türkiyə - 1918
7. Meksika - 1883
8. İtaliya - 1800
9. ABŞ - 1797
10. İslandiya - 1794
11. Yeni Zellandiya - 1787
12. Yaponiya - 1784
13. İspaniya - 1764
14. Portuqaliya - 1758
15. Slovakiya - 1749
16. Kanada - 1738
17. Finlandiya - 1721
18. Avstraliya - 1714
19. Böyük Britaniya - 1669
20. İsveçrə - 1659
21. Avstriya- 1659
22. İrlandiya - 1640
23. Lüksemburq - 1604
24. Danimarka - 1584
25. İsveçrə - 1583
26. Belçika - 1571
27. Fransa - 1564
28. Almaniya - 1436
29. Norveç - 1407
30. Niderland - 1391
Gördüyünüz kimi Azərbaycanın adı “Dünyanın ən çox işləyən ölkələri”nin siyahısında yoxdur. O zaman gəlin ədaləti bərpa edək.
Məlumdur ki, ölkəmizdə iş həftəsinin orta müddəti 40 saatdır. Əgər nəzərə alsaq ki, bir il 42 iş həftəsindən ibarətdir (bayram və istirahət günləri istisnadır), onda aydın olar ki, 2006-cı ildə iqtisadi fəal əhalinin ümumi sayından məşğul olan hər azərbaycanlı 1680 saat işləmişdir. Bu o deməkdir ki, biz Böyük Britaniya ilə Avstraliyanın arasındayıq.
