MDB-də ən aşağı inflyasiya Ermənistanda qeydə alındı
2008-ci ili 1-ci rübündə MDB məkanında ən aşağı illik (yəni, 2007-ci ilin 1-ci rübü ilə müqayisədə) inflyasiya 7.9%-lə Ermənistanda qeydə alındı. Bu barədə məlumatı MDB Statistika Komitəsi yayıb. Göstərilən dövrdə MDB ölkələrində istehlak qiymətlərinin orta qiymət artımı 15% təşkil edib.
Bununla belə, MDB SK-nin məlumatına əsasən, Ermənistanda cari ilin fevral ayı ilə müqayisədə mart ayında inflyasiya 1.4% təşkil edib.
Ümumi götürdükdə, inflyasiya bütün MDB-də müşahidə olunub. İstehlak qiymətlərinin maksimal artımı 2008-ci ilin 1-ci rübündə 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə Tacikistanda 26,2% (cari ilin fevral ayı ilə müqayisədə martda 0.9%-lik), Ukraynada 22,5% (3.8%-fevralla müqayisədə martda), Qırğızıstanda 22,4% (2.3%), Qazaxıstanda 18,7% (0.6%), Azərbaycanda 16,5% (3.1%), Moldovada 14,7% (1.1%), Belarusda 13,0% (0.8%), Rusiyada 12.9% (1.2%), Gürcüstanda 11.3% (fevralla müqayisədə martda istehlak qiymətlərində heç bir dəyişiklik müşahidə olunmayıb) qeydə alınıb.
1-ci rübdə MDB-dəki inflyasiya ilə əlaqədar Türkmənistan və Özbəkistanla bağlı məlumatlar yoxdur.

