Ermənistanın baş naziri Tiqran Sərkisyan hesab edir ki, Ermənistanın 2007-ci il üçün dövlət büdcəsi icraetmə baxımından müstəsna idi. “Dövlət büdcəsinin göstəriciləri də bunu sübut edir, xüsusilə, vergi daxilolmaları misilsiz artmışdır: Əgər hökümət ÜDM-də vergi payının 0,4% artımını planlaşdırmışdısa, reallıqda artım 1,6% təşkil edib. Bu çox yüksək göstəricidir”, - Bu sözləri Ermənistanın baş naziri bazar ertəsi parlamentin daimi komissiyalarının birgə iclasında dövlət büdcəsinin icrası ilə bağlı hesabatın dinləmələrində söyləyib.
Hökümətin başçısı bəyan edib ki, 2007-ci ildə dövlət büdcəsinin gəlirləri 33% artıb, halbuki əvvəlki beş ildə illik artım 16% təşkil etmişdi. Baş nazir Ermənistanın 2007-ci il dövlət büdcəsinin icrasına çox böyük diqqət yetirib, çünki bu büdcə layihəsi ağır siyasi situasiyalarda – 12 may 2007-ci ildə parlament seçkilərinin keçirilməsi və 19 fevral 2008-ci il prezident seçkilərinə hazırlıq – icra olunub.
Baş nazir həmçinin qeyd etdi ki, hökümətin başlıca məqsədi yoxsulluq həddinin aşağı salınmasını təmin etmək və büdcə vəsaitlərinin əhalinin aztəminatlı hissəsinə yardım üçün bölüşdürməkdir.
Oxucularımızın diqqətinə onu da çatdıraq ki, Ermənistanın 2007-ci il dövlət büdcəsinin gəlirləri 1 milyard 914 milyon dollar, xərcləri isə 2 milyard 67 milyon dollar təşkil edib. Dövlət büdcəsinin profisiti 13 milyon 675 min dollar həcmində yerinə yetirilib (beynəlxalq kredit proqramları çərçivəsində xarici mənbələrin məqsədli kreditlərilə maliyyələşdirmə istisna olmaqla).

xeberiniz var da Qarabag artiq internet saytlarinda ermenistan torpaqlari siralarina daxil edilib.
11:21