Reklam verin!
HostGator
11:21 tarixində, İqbal tərəfindən, Bölməsiz bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:107

 

«Media forum» saytının oxucularının suallarını 122 saylı Xankəndi seçki dairəsindən seçilmiş deputat, Milli Məclisin insan hüquqları daimi komissiyasının üzvü Həvva Məmmədova cavablandırır.

Hacıyev Ramil, Mingəçevir Politexnik İnstitutu, iqtisadiyyat və idarəetmə fakültəsi, tələbə:

1. Siz özünüzü ictimai-siyasi proseslərə təsir edə bilən siyasətçi kimi görürsünüzmü?

2. Siz siyasətdə inzibati resurslardan istifadənin tərəfdarısınız, yoxsa demokratiyanın?

3. Azərbaycandakı iqtisadi vəziyyəti necə qiymətləndirirsiniz?

Cavab: Bildirim ki, millət vəkili seçilməmişdən əvvəl də ictimai-siyasi məsələlərdə fəal olmuşam. Torpaqlarımıza təcavüz başlayandan Qarabağ problemi gündəlik həyat tərzimə çevrilib. Təşkilatçısı və iştirakçısı olduğum bütün tədbirlərdə bununla bağlı çıxışlar etmişəm. Millət vəkili seçiləndən sonra isə bu istiqamətdə imkanlar daha da böyüyür. İstəməsən belə, siyasətlə məşğul olursan.

Siyasətdə inzibati resurslardan istifadənin yox, demokratiyanın tərəfindəyəm. Azərbaycan bu yolu seçib.

Azərbaycan iqtisadi inkişafına görə nəinki regionda, dünyada ön yerlərdə dayanır. Bunu büdcəmizin artım sürəti əyani şəkildə də göstərir. 2007-ci ildə Azərbaycanın müdafiə büdcəsi az qala Ermənistan büdcəsinə bərabər olub. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramının həyata keçirilməsi, kommunikasiya sisteminin yeniləşdirilməsi iqtisadi inkişafın bariz nümunəsidir.

Bölgədə Azərbaycanın rəhbərliyi ilə həyata keçirilən enerji layihələri ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Bütün bunlar Azərbaycan əhalisinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Dövlət Neft Fondundan qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yönəldilən vəsait iqtisadi inkişaf deyilmi? Mənə elə gəlir ki, bu gün Azərbaycandakı iqtisadi inkişafı hamı öz həyatında hiss edir.

На вопросы читателей сайта «Медиа форум» отвечает избранный от 122-го Ханкендинского избирательного округа депутат парламента, член постоянной комиссии по правам человека Милли Меджлиса Хавва Мамедова.

Гаджиев Рамиль, Азербайджан, Мингечевир, студент:

1. Вы видите себя в качестве политика, влияющего на общественно-политические процессы?

2. Вы в политике сторонник административных методов управления или демократичных?

3. Как вы оцениваете экономическое положение Азербайджана? 

Ответ: Сообщаю, что до избрания депутатом была активной в общественно-политических вопросах. После начала оккупации наших земель карабахская проблема стала моим ежедневным образом жизни. Я выступала по этому поводу на всех мероприятиях, которые организовывала или на которых принимала участие. После избрания депутатом возможности работы в этом направлении увеличиваются. Если даже не хочешь, вынужден заниматься политикой. Я сторонница использования не административных ресурсов, а демократии. Азербайджан избрал этот путь. Азербайджан по темпам экономического развития находится на передовых позициях не только в регионе, но и в мире. Это наглядно доказывает темпы роста нашего бюджета. В 2007 году военный бюджет Азербайджана почти приравнялся со всем бюджетом Армении. Проведение в жизнь государственной программы по социально-экономическому развитию регионов, обновление коммуникационной системы яркий пример экономического развития. Проводимые под руководством Азербайджана энергетические проекты показатель экономического могущества нашей страны. Все это способствует улучшению социальных условий жизни. Разве средства, направляемые Государственным Нефтяным Фондом на решение проблем, не показатель экономического развития? Мне кажется, что сегодня экономическое развитие Азербайджана чувствуется в жизни каждого.



  Yazılar cəmi: 2    Sonrakı səhifə »