| |
Con Makkeynin iqtisadi planları barədə yeni məlumatlar "Politico" internet dərgisi Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Con Makkeynin iqtisadi planları barədə yeni məlumat verib. Biznes-Qaynar dərgiyə istinadən məlumat verir ki, onun proqramının mərkəzi bəndi - dörd ilə, başqa sözlə, bir prezidentlik müddətinə büdcəni balanslaşdırmaqla bağlı verdiyi vəddir. Makkeynin məsləhətçiləri etiraf etdilər ki, “Amerika üçün işlər” ("Jobs for America") adlanan plan yeni prinsipial təşəbbüsləri özündə ehtiva edir. Birinci prezidentlik müddətində büdcənin kəsirini azaltmaq niyyəti barədə Makkeyn hələ 2008-ci ilin fevralında danışıb. Apreldə o bəyan etmişdir ki, dəyişilmiş iqtisadi şərait ucbatından buna səkkiz il lazım olacaq, lakin tezliklə o öz əvvəlki mövqeyinə qayıtdı. Makkeyn öz məqsədinə nail olmaq üçün büdcə xərclərini kəskin azaltmaq fikrindədir. Belə ki, əsasən sosial proqramlar, birinci növbədə səhiyyə sahəsində xərclərin ixtisar olunacağı gözlənilir. Bundan başqa, o, Əfqanıstran və İraqdakı islam ekstremistləri üzərində qələbə çalacağına söz verir. Yeri gəlmişkən, bu mübarizə də büdcənin kəsirinin artmasına səbəb olub. Makkeynin rəqibi, Demokratlar partiyasından ABŞ prezidentliyinə namizdən Barak Obamanın iqtisadi məsələlər üzrə məsləhətçisi Ceyson Furmanın (Jason Furman) hesablamalarına görə, büdcəni balanslaşdırmaq üçün Makkeyn xərcləri üç dəfə ixtisar etməli olacaq. "Politico" xatırladır ki, hal-hazırki prezident Çorc Buş öz sələfi Bill Klintondan profisitli büdcəni miras almışdır. Lakin Ağ evin proqnozlarına görə, onun prezidenlik müddətinin sonuna büdcə kəsirinin həcmi 400 milyard dollar təşkil edəcək. Buş administrasiyası bunu hərbi əməliyyatlara və milli təhlükəsizlik naminə xərclənən vəsaitlərin artması ilə izah edir. Müxtəlif sorğulara əsasən, məhz iqtisadi məsələlər amerika seçicilərini daha çox narahat edir. Yaxın Şərqdə hər səkkiz kompaniyadan biri qadına məxsusdur Yaxın Şərqdə şirkətlərin 13%-nin sahibi qadınlardır. Bu barədə Gulfnews agentliyi Dünya Bankına istinadən məlumat verir. Dünya Bankının başçısı Robert Zellikin fikrincə, ərəb qadınları əlverişli şəraitdə yaxşı sahibkar və cəlbedici siyasətçi ola bilərlər. Zellik əlavə edib ki, qadınlara məxsus firmaların istehsalın və investisiyaların həcminə görə kişilərin sahibi olduğu firmalardan heç bir fərqi yoxdur. Qadın-biznesmenlərin regionun iqtisadi inkişafına verdiyi töhfəni stimullaşdırmaq 2008-ci il iyunun sonunda Londonda keçirilən Arab International Women's Forum (AIWF) konfransında müzakirə predmeti olmuşdur. Konfransın iştirakçıları arasında 20 ölkənin, o cümlədən ABŞ, Kanada və bir sıra avropa və yaxın şərq ölkələrinin nümayəndələri olmuşdur. İtaliya ümummilli nəqliyyat zərbəsi altındadır İtaliyada qatarlar, avtobuslar və metrolar bazar ertəsi fəaliyyətlərini dayandırdılar. Belə ki, nəqliyyat işçiləri onların müddəti ötmüş əmək müqavilələrinin yeniləməsini tələb etmək üçün ümummilli tətil təşkil ediblər. “Biznes-Qaynar”-ın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, dəmiryolçular 24 saatlıq tətilə hələ bazar günü başlayıblar. Bazar ertəsi isə İtaliyanın əksər şəhərlərində avtobus sürücüləri və metro qatarlarının maşinistləri işə çıxmayıblar. Belə ki, onlar axşam saatlarında işləyəcəklər. Tətilin İtaliyanın nəqliyyat sisteminə 350 min avro zərər vuracağı gözlənilir. Bu nəqliyyatçıların iyulda planlaşdırılan ilk tətilidir. Hal-hazırda aeroport işçiləri də tətilə hazırlaşır. Britaniyalılar hər il 4 milyon ton ərzağı zibilə atırlar Böyük Britaniya sakinləri hər il 4 milyon ton məhsulu zibilə atırlar. “Biznes-Qaynar”-ın "The Independent" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Qordon Braun hökümətinin sifarişi ilə hazırlanmış hesabatda deyilir. Məlumatda deyilir ki, Böyük Britaniya alilələri 4.1 milyon ton ərzağı tullamamaqla israfçılığa yol verməsəydilər, hər il 420 funt-sterlinqə qənaət etmək olardı. Hesabatda qeyd olunur ki, alınan məhsulların 40%-i zibil yeşiklərinə atılır. Ölkə höküməti restoranlarda, məktəblərdə və digər yerlərdə atılan qida məhsullarının ixtisarını hədəfə alan proqram qəbul etmək niyyətindədir. Hal-hazırda Böyük Britaniyanın alilələri ümumi xərclərinin cəmi 9%-ni qida məhsullarına sərf edir. 1984-cü ildə bu rəqəm 16% idi. Bununla belə, Böyük Britaniyadakı kasıb ailələr xərclərinin 15%-ni ərzağa sərf edir. Almaniya alternativ enerji layihəsinə 47 milyard dollar vəsait yatırdı Alman hakimiyyəti Şimal və Baltik dənizlərində 30 külək elektrik stansiyasının tikilməsi üzrə planın qəbul olunmasını elan edib. “Biznes-Qaynar”-ın verdiyi məlumata görə, külək turbinləri dərinliyi 40 metr olan suda qurulacaq və sahillə 100 km uzunluğunda olan kabellə birləşəcək. Bu stansiyalardan hər biri 1 milyard 570 milyon dollara başa gələcək. Layihənin ümumi dəyəri isə 47 milyard dollar təşkil edəcək. Layihə 2030-cu ilə kimi uzanacaq. Külək elektrik stansiyalarının ümumi gücü 25 min meqavatt olacaq. “Welt am Sonntag” qəzeti xəbər verir ki, yaxın zamanlarda 11 min meqavatt elektrik enerjisi hasil edən külək elektrik stansiyaları qurulacaq. Bununla da Almaniya digər ölkələrdən enerji asılılığını azaltmaq fikrindədir. Almaniya külək elektrik stansiyalarının kütləvi qurulması barədə qərar qəbul edən yeganə ölkə deyil. 2003-cü ildə analoji təşəbbüs ilə Böyük Britaniya da çıxış etmişdir. Neftin qiyməti yenə də artacaq Neftin qiymətinin qalxması dolların məzənnəsinin aşağı düşməsi ilə əlaqədar davam edəcək, lakin bunda “heç kim maraqlı deyil”. “Biznes-Qaynar”-ın verdiyi məlumata görə, bu sözləri Əlcəzairin energetika naziri Şakib Xəlil “Əlcəzair nyus” qəzetinə verdiyi müsahibədə bəyan edib. “Yaxın həftələrdə neftin qiyməti yenə də qalxacaq, - deyə o bildirib. - Bizə dolların məzənnəsini izləmək lazımdır, çünki dolların kursunun 1 faiz düşməsi neftin qiymətinin 1 barrelə görə 4 dollar bahalaşması deməkdir”. “Biz hesab edirik ki, neftin təklifi kifayətdir və təkliflə tələbatın bərabərliyi hamının marağındadır və bunu pozmağa ehtiyac yoxdur, neftin qiymətinin hazırki artımı isə digər tərəfdən, heç kimə lazım deyil”, - deyə Xəlil qeyd edib.
BƏƏ İraqın borcunu sildi Birləşmiş Ərəb Əmirlikləri İraqın 4 milyard dollarlıq borcunu ləğv etdi və Bağdada öz səfirini göndərərək, 2003-cü ildən kəsilmiş diplomatik əlaqələri bütünlüklə bərpa etdi. “Biznes-Qaynar”-ın Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, qeyd olunur ki, bu, hökümətində şiələrin dominant mövqedə olduğu İraqla və hakimiyyətin sünni ərəblərə məxsus olduğu qonşu dövlətlərlə mehriban qonşuluq əlaqələrinin bərpasına doğru atılmış daha bir addım oldu. İyunun sonunda İordaniya da öz səfirini Bağdada göndərdi. Küveyt və Bəhreynin də tezliklə İraqla diplomatik əlaqələri bərpa edəcəyi gözlənilir. İraq hökümətinin başçısı Nuri Əl-Maliki də bir neçə dəfə diplomatik əlaqələrin bərpası və ərəb ölkələrinin İraqa verdiyi 67 milyard dollarlıq borcun silinməsi barədə çıxış etmişdir.
Üslub Sən bir qəşəng qızıydın Universitetə qəbul olundun. Əyani oxumaq istədin partana əyləşəndə ilk dəfə dizlərini müəllimin gördü. Dizlərin plyajdan daha qəşəng idi. Yaşıdın oğlanları saya salmadın Quşun yaşlı kişilərə qondu. Haradan bildin ki, yaşlı kişilər gənc qızlara bərk bağlanırlar Onları itirməmək üçün hər şeyə gedirlər. Yaşlı qadınlar da sütül oğlanları bərk tuturlar. Bunu sənə inturist mehmanxanasında işləyən yaşlı xazejkan söyləmişdi. Hələ bir dəfə də demişdi Sən bu bədənlə yaxşı pul qazana bilərsən Arvadı ölmüş bir kişiyə gedərsən. Hazır ev-eşik sahibi olarsan. Ona görə də yaşlı kişilərlə kabab yedin, Mini yubkalar geydin Universitetdə qiymətlərini pulsuz yazdılar. Ancaq yaşlı kişilərin arvadları ölmədi ki, ölmədi. Bir gün xazeykana dedin: “Mən necə ərə gedəcəyəm” Kənddə əmin oğluna gedərsən - dedi, Kənd oğlanları avam olur. Sonra səni tanış bir ginekoloqun yanına apardı, Qızlığını yaxşıca düzəltdi. Daha bir kişini də aldada bilərsən - dedi. Pulunu da yaşlı bir kişi verdi. əldən - ələ düşdün dildən - dilə. Yaşlı kişilərin arvadları ölmədi ki, ölmədi. Üzləri bərk imiş. Sonra da kafedə işlədin Plyaj dizlərindən daha qəşəngdi. Hər səhər bir səs gəlir kafedən Mən zamanın qızıyam Köynəyi qırmızıyam. İç, Çöl Mən həmişə nazik bədənli bir qadında zırpı bir kişi təsəvvür edirəm. Birdən qadın kişi olur corabları tərləyən on il türmədə həyat sürən qabaqda iki dişi qızıl olan, bir kişiylə üz- üzə qalmaq sevdiyin bir qadını unutmaq qədər ağırdı. …Sonra kişi qadın olur, qadın kişi görkəmləri bir-brini əvəz edir. Yupyumru qız döşlərinin qalın mazutlu kişi əllərindən nə ilə fərqləndiyini anlamıram. Bəlkə də bu məxluqlar şəhər evlərinin otaqları kimi iç - içədirlər. Əvvəl girirsən kişi, Sonra qadın, Və ya əksinə. Bəlkə qadın kişinin içidir, Belə də təsəvvür etmək olar ki, kişi qadının içidir ki, var. Mən heç cür onları ayıra bilmərəm Dodaqlarını fərqləndirənə qədər iş tamam olur. Bəlkə də onlar çöllərini gizlədiblər bizdən, İçlərini eyni rəngli paltarlar kimi götürüb səriblər üstlərinə. NƏTİCƏ Qadının bədəninə yol ən birinci sözdən başlayır. Hər ehtiraslı öpüşdən sonra uşaq doğular. Partnyorlar bunun fərqində deyillər. Qadının, ya da kişinin tez - tez dəyişdirilməsi ən çox o ölən uşağın çəkdiyi “ah”a görədir. Bətnində uşaq gəzdirən qadınların ərindən ayrılmaq ehtimalı daha azdır. Sözdən qabaq əl işə düşürsə bu, qadının bədəninə yol deyil əsla. Əgər belədirsə, qadınla kişinin öpüşməsindən alınan reaksiyanı adicə əllə də almaq mümkündürsə, mənasız bir qadına bir qaşıq bədən şirəsini vermək hayıfdı vallah. Bu, ona bənzəyir ki, gözəl - göyçək bir oğlan uşağını diri - diri aparıb atırsan zibil yeşiyinə. Bakıda zibil yeşikləri uşaq meyidləri ilə doludur. Əgər nəticə uşaq öldürməkdən ibarətdirsə, bu, lazım deyil.
DEMƏLİ Qadınlar hər axşam üst başlarında kişilərin baxışlarını evə aparar. Məncə bu xəyanətə gedən yolun başlanğıcı kimi o qədər də pis deyil. Əgər ərin öz arvadına hər gecə, heç olmasa günaşrı gözü düşmürsə, o qadın xəyanətkar deyil əsla. Hər gözəl qadın xəyanət yolunun başlanğıcında, ya ortasında, ya da axırındadı. Hər gözəl qadın hər gecə öz üstündən kişilərin baxışını abort eləyər. Dizdən yuxarı yupqasını uşaq kimi doğar. Dik döşlərini əvvəlki sahəsinə qaytarar. Sinəyə sərbəst yıxılmış döşlərdə heç vaxt süd vəzinin xərçəngi olmur. Ən çox xəyanət edilən şeyin ürək olduğunu bilirsinizmi? Ona görə də bu zavallı həmişə intihar edir. Çünki qadının çölü ürəyinə tabe deyil.
Bir çimdik tütünə dönüb, siqaret kağızına bürünüb yanına gəlsəm… Əlində kirisəm… Sıxıb məni barmağının arasında O üz-bu üzə çevirsən… Yandırsan məni kübritinlə… Saçlarına, köynəyinə hopsam… Barmaqların toxunsa kağız paltarıma… Nəfəsinə keçib sevilsəm-sevinsəm… Çəksən qoxumu ciyərinə… Təpəmdən çıxan tüstüdən dadsan… Axırda söndürməkçün yanğımı kötüyümü külqabıya uzadarsan…
Kasıb ölkələrə yönəldilən investisiyalar 5 ildə 6 dəfə artıb
Dünya bankının hesabatında, inkişaf etməkdə olan ölkələrə yatırılan investisiyaların 2002-ci illə müqayisədə 6 dəfə artaraq 2007-ci ildə trillion dollara çatması barədə məlumat verilir. Əsasən də bank kreditlərinin həcmi 10 milyarddan 300 milyard dollara və fond bazarına yönəldilən investisiyaların həcmi isə 5 milyarddan 145 milyard dollara kimi artıb. İnvestisiyaların böyük həcmi özəl sektora yatırılıb. Dövlət layihələrinə yatırılan investisiyaların həcmində isə azalma qeydə alınıb. Bununla belə xarici investisiyalar inkişaf etməkdə olan ölkələrdə qeyri-bərabər yayılır. 2007-ci ildə ən çox investisiya qəbul edən ölkələr Braziliya və Çin olmuşdur. Halbuki, cənubi Saxarada yerləşən Afrika ölkələrinə çox az məbləğdə investisiyalar cəlb olunmuşdur. Üçüncü dünya ölkələrinin inkişaf etmiş ölkələrə olan borclarının ümumi həcmi beş ildə 1 trilyon dollardan 3 trilyon 200 milyard dollara çatmışdır. ABŞ və Avropada yaşanan kredit böhranının nəticəsidir ki, Dünya Bankının ekspertləri “Üçüncü dünyaya” yönələn investisiyaların həcminin 2009-cu ildə 200 milyard dollara kimi azalacağını güman edir. Bütün dünya üzrə iqtisadi artım tempi 2007-ci ildəki 3,7%-dən cari il 2,7%-ə kimi düşəcək. Buna baxmayaraq, inkişaf etməkdə olan ölkələr arasında iri iqtisadiyyatlara malik olanları iqtisadi artım tempini qorumağa müvəffəq olsa da, digər ölkələr ciddi maliyyə və iqtisadi sıxıntılara məruz qalacaqlar. Əhmədinejad iran banklarına bütün pulları ölkəyə qaytarmağı əmr etdi İran prezidenti Mahmud Əhmədinejad ölkəsinin qabaqcıl banklarına əmr edib ki, Avropanın maliyyə təşkilatlarının hesablarında saxladıqları bütün ehtiyatları İran Mərkəzi Bankına köçürsünlər. Əhmədinejadın sözlərinə görə, belə olan təqdirdə avropa banklarında olan milyardlarla dollar İran əleyhinə beynəlxalq sanksiyalar tətbiq olunduqda dondurula bilməz. Son illər ABŞ prezidenti Corc Buşun administrasiyası Birləmiş Ştatlarda, həmçinin Avropa ərazisində mövcud olan iran banklarının fəaliyyətinə mane olmağa çalışır. Amerika prezidentinin fikrincə, iran nüvə proqramının və beynəlxalq terror təşkilatlarının maliyyələşdirilməsinin başlıca mənbələri İranın maliyyə təşkilatlarıdır. Yaxın zamanlarda Böyük Britaniyanın iri banklarından biri olan Barclays ABŞ-ın tərəfinə keçərək iran şirətlərində işləyən britaniyalıların hesablarını bağlamağa başladı. Bundan başqa, Barclays İranın Böyük Britaniya ərazisində şöbələri olan Saderat və Melli bankları ilə əməkdaşlıqdan imtina etdi.
Amerikalıların yarısı Obamanı ölkə iqtisadiyyatını xilas etməyə qadir bilir Pew Research mərkəzi tərəfindən mayın sonlarında aparılan sorğunun nəticələrinə görə, seçicilərin 51%-i belə hesab edir ki, Demokrat partiyasından ABŞ prezidentliyinə namizəd Barak Obama ABŞ-ın iqtisadi vəziyyətini yaxşılaşdıra bilər. Obamanın rəqibi, respublikaçı Con Makkeyn haqqqında eyni fikri seçicilərin 36%-i bəyan edib. Bununla belə, sorğuya cəlb olunan 13% seçici belə düşünür ki, ölkə iqtisadiyyatında müsbət meyllərin formalaşdırılması heç bir namizədin gücü çərçivəsində deyil. Seçicilər üçün namizədlərin seçkiqabağı proqramlarının başlıca bölməsi iqtisadi siyasət olaraq qalır. Bunu seçicilərin 88%-i çox vacib adlandırır. İraqda müharibəni amerikalıların 72%-i çox vacib sual hesab edir. May ayında ABŞ-da son iki onillikdə ən böyük işsizlik səviyyəsi - 5,5% - qeydə alınmışdır. Seçicilərin 66%-i belə hesab edir ki, ABŞ-ın növbəti prezidenti öz fəaliyyətini daha çox ölkənin daxili problemlərinə həsr etməlidir, 22%-i isə belə düşünür ki, xarici siyasət daha vacibdir.
İntel inhisarçılıqda günahlandırılır
ABŞ Federal Ticarət Komissiyası İntel kompaniyasına münasibətdə antiinhisarçı araşdırmalara başladı. Bundan əvvəl bu cür araşdırmalar Avropada bə bir sıra Asiya ölkələrində aparılmışdır. Amerika Antiinhisar Qurumu İntel kompaniyasının öz biznesini qeyri-sağlam rəqabət üsulları ilə aparmasından şübhələnir. Belə güman olunur ki, kompaniya bir sıra iri kompüter texnikası istehsalçılarına özünün rəqibi olan AMD prosessorlarından istifadədən imtina və İntel prosessorları ilə işləməyə keçirilməsi əvəzində şirnikləndirici şərtlər təklif edirdi. İntel kompaniyası biznesin qeyri-sağlam rəqabət üsulları ilə aparılmasında birinci dəfə ittiham olunmur. Bundan əvvəl Avropa Komissiyası İntel-i antimonopoliya qanunvericiliyinin pozulmasında günahkar bilmişdir. Yaponiya Antimonopoliya Qurumunun nümayəndələri də analoji fikri bölüşürlər. Bu yaxınlarda Cənubi Koreya hakimiyyəti İntel-i haqsız rəqabət apardığına görə 25,4 milyon dollar cərimə etmişdir. Karl İkan Yahoo!-nu 49,5 milyard dollar dəyərində qiymətləndirdi Milyarder və Yahoo!-nun səhmlərinin sahiblərindən biri Karl İkan (Carl Icahn) hesab edir ki, Yahoo! Internet kompaniyasının bir səhmi üçün ədalətli qiymət 34 dollar təşkil edir. Beləliklə, axtarış sisteminin ümumi dəyəri 49,5 milyard dollar təşkil edir. İkan hesab edir ki, əgər Microsoft Yahoo!-nu almaqla bağlı danışıqlara qayıtsa, o zaman axtarış sisteminin rəhbərlərinin bu qiymətlə razılaşması vacibdir. Yox əgər Microsoft-la razılaşmaq qeyri-mümkün olsa, onda Yahoo!-ya öz başlıca rəqibi - Google ilə əməkdaşlıq istiqamətlərini tapması vacibdir. Maliyyəçi Karl İkan səhmdarı olduğu şirkətlərin idarə edilməsinə qarışmaqla məşhurdur. O, Yahoo!-nun Microsoft tərəfindən mənimsənilməsi namininə aktiv çıxış edirdi və hal-hazırda da edir. Yaxın günlərdə o bəyan etmişdi ki, əgər şirkətin direktorlar şurasını öz tərəfdarları hesabına dəyişirməyə müvəffəq olsa, Yahoo!-nun baş direktoru Cerri Yanqı (Jerry Yang) tutduğu vəzifədən aşağı salacaq. İkan Yahoo!-nun rəhbərliyi ilə mübarizəsini rəsmən 15 mayda - Yahoo!-nun səhmlərinin dörd faizinin alınması ilə bəyan etdi. O zaman o, internet-kompaniyanın hazırki direktorlar şurasının üzvlərini dəyişdirmək niyyəti ilə on nəfərdən ibarət siyahı tərtib etdi. Xatırladaq ki, Microsoft axtarış reklamı bazarında öz payını artırmaq məqsədilə 31 yanvar 2008-ci ildə Yahoo!-ya 44,6 milyard dollar təklif etdi. Bu da o zaman axtarış sisteminin bazar qiymətini 62 faiz qabaqlayırdı. Amma Yahoo!-nun direktorlar şurası kompaniyanı qiymətləndirilməmiş hesab etdi və Microsoft-un təklifindən imtina etdi.
Ermənistanda külək və günəş energetikası inkişaf edir
Ermənistanın energetika və təbii sərvətlər naziri Armen Movsisyan bəyan edib ki, Ermənistan külək energetikasını inkişaf etdirmək və günəş enerjisindən istifadə etmək baxımından ciddi potensiala malikdir. “Ermənistanın külək energetikasının imkanları kifayət qədər öyrənilib. Artıq ilk pilot stansiyalar quraşdırılb, sahəyə xarici investisiyalar cəlb olunur, investorlar işləyir, hətta artıq onlar lisenziya da alıblar və artıq 100 meqovat gücündə külək elektrik stansiyasının tikintisi üçün konkret işlər görülür”, - deyə nazir keçirdiyi mətbuat konfransında bildirib. Movsisyan həmçinin onu da deyib ki, hazırda 200-300 meqovat gücündə külək elektrik stansiyalarının tikilməsi istiqamətində danışıqlar aparılır. Nazir qeyd edib ki, Ermənistana külək energetikası sferasını inkişaf etdirmək lazımıdır, kiçik külək elektrik stansiyaları isə bir neçə ildən sonra ciddi potensiala malik olacaqdır. “Biz həmçinin günəş enerjisindən istifadəni də inkişaf etdirməyə səy göstəririk. Bütün dünyada günəş enerjisi sahibkarlıq məqsədləri üçün yox, lokal problemləri həll etmək üçün istifadə olunur”, - deyə Energetika Nazirliyinin başçısı bəyan edib. 2005-ci ilin dekabrından Ermənistanda regionda yeganə olan külək stansiyası fəaliyyət göstərir. Bu stansiya İranın 3,5 milyon dollar həcmində qrantı hesabına reallaşıb. Onun ümumi gücü 2,6 meqovat, 2007-ci il müddətində illik elektrik enerjisi hasilatı isə 2,9 milyon kilovat/saat olmuşdur (ölkədəki ümumi həcmin 0,05%-i qədər). ABŞ İraqı valyuta ehtiyatlarına həbs qoymaqla hədələyir
ABŞ höküməti İraqı Nyu-York Federal Rezerv Bankının hesabında saxlanılan 20-50 milyard dollara həbs qoymaqla hədələyir. Vaşinqton bu ehtiyatları İraq hökümətinə təzyiq aləti kimi istifadə etmək niyyətindədir. Burada məqsəd isə İraqın ABŞ-la strateji alyans qurmasına nail olmaqdır. ABŞ prezidenti Corc Buşun administrasiyası 31 iyul 2008-ci ildə İraqla razılaşma bağlamaq niyyətindədir. Strateji alyans barədə razılaşma İraqın ərazisində ABŞ-a məxsus 50 hərbi bazanın yaradılmasını, amerika hərbi qulluqçularının iraq qanunlarından tamamilə müdafiəsini və ABŞ-ın İraq ərazisində axtarışlar və hərbi aksiyalar keçirən zaman İraq hakimiyyəti ilə məsləhətləşmədən sərbəst hərəkətini özündə ehtiva edir. Bundan əlavə, razılaşmanın şərtlərinə görə, ABŞ İraqın hava məkanının doqquz min metr hündürlüyünə tam nəzarət etmək və terrorizmlə mübarizə imkanı əldə edəcək. İraq höküməti isə Birləşmiş Ştatlarla razılaşmanın əleyhinədir. Bundan başqa, rəsmi Bağdadın fikrincə, ABŞ-la strateji alyans 151 min amerika əsgərinin məhdudiyyətsiz İraq ərazisinə daxil olmasına imkan verəcək.
Avropa Mərkəzi Bankı baza faiz dəhlizini dəyişdirmədi
Avropa Mərkəzi Bankı 5 iyun müşavirəsində avrozonanın baza faiz dəhlizini dörd faiz səviyyəsində saxladı, hansı ki, son altı ildə maksimal hədd hesab olunur. Bu haqda Avropa Mərkəzi Bankının rəsmi press-relizində deyilir. Analoji qərarı ölkədəki faiz dəhlizini beş faiz həddində saxlamaqla İngiltərə Bankı da qəbul edib. Avropanın monetar hakimiyyəti faiz dəhlizini qaldırmaqla inflyasiya ilə mübarizə aparırlar. İyunun əvvəlində ABŞ Federal Rezerv Sisteminin rəhbəri Ben Bernanke bildirdi ki, dəhlizi aşağı salmaq niyyətində deyillər. Çünki bu, dolların avroya münasibətdə məzənnəsinin artmasına səbəb oldu. Baza faiz dəhlizi monetar alət kimi bütün dünya mərkəzi bankları tərəfindən iqtisadiyyatın tənzimlənməsində istifadə olunur. Faiz dəhlizinin aşağı salınması o deməkdir ki, iqtisadiyyatda əlavə pul kütləsi yaranır, hansı ki, yeni proyektlərin reallaşmasına yatırılır və bu da öz növbəsində ÜDM-i artırır. Faiz dəhlizinin qaldırılması isə, əksinə, iqtisadiyyatın artım sürətini zəiflədir, lakin qiymətlərin artımı ilə mübarizədə yaxşı nəticə verir, belə ki, iqtisadiyyatda pul kütləsi azalır.
Bölməsiz
Baxış sayı: 30
Beynəlxalq Valyuta Fondu ən rekord inflyasiyanın olmasına rəğmən avrozonanın 2008-ci il üçün iqtisadi artım proqnozunu 1,75%-ə kimi artırdı. Beynəlxalq Valyuta Fondunun hesabatında belə deyilir. BVF-nin avrozonaya daxil olan 15 ölkə üçün əvvəlki proqnozu 1,4% təşkil edirdi. 2008-ci ilin əvvəlindən başlayaraq iqtisadi artıma görə Almaniya lider oldu. Bu ölkənin ÜDM-i 1,5% artaraq son 12 ildə ən rekord göstərici oldu. 2008-ci ilin 3 iyununda o da məlum oldu ki, cari ilin 1-ci rübündə avrozonanın ÜDM-i 2007-ci ilin 4-cü rübü ilə müqayisədə 0,8% artıb. Buna baxmayaraq, maliyyə bazarlarının qeyri-sabitliyindən yaranan effekt avrozonanın iqtisadiyyatında daha bir il özünü büruzə verəcək. Avrozonaya daxil olan 15 ölkədə ÜDM-in artım tempi azalmaqda davam edəcək və 2009-cu ildə 1,25% təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, 2007-ci ildə avrozonanın ÜDM-i 2,5% artmışdır. Avrozona ölkələrinin iqtisadi artımı 2008-ci ildə də yüksək inflyasiya ilə müşayət olunacaq, hansı ki, mayda 3,6% təşkil edib. BVF ekspertlərinin fikrinə görə, Avropa Mərkəzi Bankının faiz dəhlizini artırmamaqla həyata keçirdiyi pul-kredit siyasəti düzgündür. Avropa Mərkəzi Bankı dəhlizi dörd faiz həddində saxlayır ki, bu da öz növbəsində inflyasiyanın azalmasına yardım edir. 2009-cu ilin sonunda qiymətlərin artımı iki faizi keçməyəcək.
Aprelin sonunda Çinin valyuta ehtiyatları 1 trilyon 760 milyard dollar təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 74 milyard 500 milyon dollarlıq artım deməkdir. Əgər bu artımı 720 saata (1 ay) bölsək, belə nəticə hasil olur ki, Çinin valyuta ehtiyatları saatda təxminən 103 milyon dollar artır. Çinin valyuta ehtiyatları dünyada ən böyükdür və Yaponiya, Tayvan, Cənubi Koreya və Honkonqun ümumi ehtiyatlarından çoxdur. Bu asiya ölkəsinin valyuta ehtiyatlarının böyük əksəriyyəti dollarda saxlanılır. Böyük amerika valyuta ehtiyatlarının Çində yığılıması ABŞ iqtisadiyyatı üçün təhlükə mənbəyidir. Belə ki, əgər yerli hakimiyyət valyutanın satılması qərarına gəlsələr, onda dolların məzənnəsi sürətlə aşağı düşəcək. Çinin valyuta ehtiyatları iqtisadi artım hesabına artır. Belə ki, bu ölkənin iqtisadi artımı son illər dəyişməyərək 10%-i üstələyir. 2007-ci ilin sonunda ABŞ və Qərbi Avropada əmələ gələn qlobal iqtisadi böhran da Çinin ÜDM-inin artım tempini əhəmiyyətli dərəcədə azalda bilmədi. Hələ 2004-cü ilin əvvəllərində Çinin valyuta ehtiyatları 416 milyard dolları keçmirdi. 2005-ci ildə bu ehtiyatlar 623,6 milyarda, 2006-cı ildə 845,2 milyarda, 2007-ci ildə isə 1,1 trilyon dollara çatdı.
“The Los Angeles Times”ın Kaliforniya universitetinin (UCLA) apardığı araşdırmalara istinadən yaydığı xəbərə görə Kaliforniyanın Ali məhkəməsi tərəfindən 15 may 2008-ci ildə bircinsli nigahlara qadağanın aradan qaldırılması yaxın üç ildə ştatın büdcəsinə əlavə 370 milyon dollar gəlir gətirəcək. Alimlərin hesablamalarına görə Kaliforniyada yaşayan 92 min eynicinsli cütlükdən təxminən yarısı nigaha girmək istərdilər. Kaliforniyada homoseksualistlər üçün nigah mərasimləri 17 iyundan etibarən başlayacaq.
Ermənistanın əsas makroiqtisadi göstəriciləri Ermənistan Milli Statistika Xidmətinin rəsmi saytında dərc olunmuş məlumatlara əsaslanaraq deyə bilərik ki, cari ilin yanvar-aprel aylarında Ermənistanın əsas makroiqtisadi statistik göstəriciləri aşağıdakı kimidir: 1. ÜDM-in nominal həcmi, bazar qiymətləri ilə 696 milyard 104 milyon 700 min dram (cari valyuta məzənnəsi ilə 2 milyard 278 milyon dollar - yuvarlaqlaşdırdıqda) təşkil edib. Bu, keçən ilin yanvar-aprel ayları ilə müqayisədə 9,3%, cari ilin mart ayı ilə müqayisədə aprel ayında 11,9%-lik artım deməkdir. onun əhalinin hər nəfərinə düşən həcmi isə 1310.6 manat (1560.4 ABŞ dolları) təşkil etmişdir. 2. Kənd Təsərrüfatında ÜDM-in nominal həcmi 64 milyard 164 milyon 500 min dram (cari valyuta məzənnəsi ilə 210 milyon 17 min dollar - yuvarlaqlaşdırdıqda) təşkil edib. Bu, keçən ilin yanvar-aprel ayları ilə müqayisədə 1,3%, cari ilin mart ayı ilə müqayisədə apreldə 7,7%-lik artım deməkdir. 3. İstehlak qiymətləri keçən ilin yanvar-aprel ayları ilə müqayisədə 8,6%, cari ilin mart ayı ilə müqayisədə aprel ayında 1,1% artmışdır. 4. Xarici ticarət dövriyyəsinin həcmi keçən ilin yanvar-aprel ayları ilə müqayisədə 28.3%, cari ilin fevral ayı ilə müqayisədə martda 13.3% artaraq 1 milyard 531 milyon 400 min dollar təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 337 milyon 200 min dollarını (22%-ni) ölkədən ixrac olunmuş mallar, 1 milyard 194 milyon 200 min dollarını (78%-ni) isə ölkəyə idxal edilmiş mallar təşkil etmiş və bunun nəticəsində 857 milyon dollarlıq mənfi saldo yaranmışıdır. 5. Nominal orta əmək haqqı keçən ilin yanvar-aprel ayları ilə müqayisədə 22.3%, cari ilin mart ayı ilə müqayisədə aprel ayında 1% artaraq 85720 dram (cari valyuta məzənnəsi ilə 280 dollar) dəyərində olmuşdur. Ermənistan Mərkəzi Bankının rəsmi saytının məlumatına görə 1 ABŞ dolları=305.52 dram. Azərbaycanın əsas makroiqtisadi göstəriciləri Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi saytında dərc olunmuş məlumatlara əsaslanaraq deyə bilərik ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın əsas makroiqtisadi statistik göstəriciləri aşağıdakı kimidir: 1. ÜDM-in nominal həcmi 11 milyard 200 milyon manat təşkil etmişdir (cari valyuta məzənnəsi ilə 13 milyard 579 milyon dollar - yuvarlaqlaşdırdıqda) təşkil edib. Bu, keçən ilin yanvar-aprel ayları ilə müqayisədə 15%-lik artım deməkdir. 2. Kənd Təsərrüfatında ÜDM-in nominal həcmi 145 milyon 600 min manat (cari valyuta məzənnəsi ilə 176 milyon 528 min dollar - yuvarlaqlaşdırdıqda) təşkil edib. 3. İstehlak qiymətləri keçən ilin yanvar-aprel ayları ilə müqayisədə 17,8%, cari ilin mart ayı ilə müqayisədə aprel ayında 3,1% artmışdır. 4. Azərbaycan Dövlət Gömrük Komitəsinin rəsmi saytında dərc olunmuş məlumata əsasən 2008-ci ilin ilk 4 ayı ərzində respublikanın 122 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 5 milyard 781 milyon 827 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 3 milyard 857 milyon 429 min ABŞ dolları dəyərində mal ixrac, 1 milyard 924 milyon 398 min ABŞ dolları dəyərində mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 1 milyard 933 milyon 32 min ABŞ dolları təşkil etmişdir. 5. Nominal orta əmək haqqı keçən ilin yanvar-aprel ayları ilə müqayisədə 26,5%, cari ilin mart ayı ilə müqayisədə aprel ayında 3,7 % artaraq 238 manata (cari valyuta məzənnəsi ilə 288 dollar) dəyərində olmuşdur. Azərbaycan Milli Bankının rəsmi saytının məlumatına görə 1 dollar=0,8248 manat TƏHLİL
İndi isə gəlin Ermənistan və Azərbaycanın makroiqtisadi göstəricilərini ayrı-ayrılıqda təhlil edək.
İki ölkənin Ümumi Daxili Məhsulunun həcminə nəzər yetirdikdə aydın olur ki, Azərbaycanın ÜDM-i Ermənistanın ÜDM-indən 10 dəfə böyükdür. Amma əgər nəzərə alsaq ki, ÜDM-imizin böyük əksəriyyəti neft sektorunda formalaşır, onda belə “müsbət nəticəyə” nail olmağımızın səbəbi də aydın olar. Belə ki, dünya bazarında neftin qiymətinin durmadan artması Azərbaycanın ÜDM-nin dəyər (pul) ifadəsində şişməsinə səbəb olur.
Azərbaycanın ÜDM-indəki kənd təsərrüfatının payının Ermənistanın ÜDM-indəki kənd təsərrüfatının payından 1.2 dəfə kiçik olması da Ermənistanı “qabaqlamağımıza” aydınlıq gətirməklə yanaşı, ölkəmizdə qeyri-neft sektorunun da bərbad vəziyyətdə olmasını bir daha sübut edir.
İnflyasiyaya gəldikdə isə burda da Ermənistandan “öncülük”. Belə ki, Azərbaycanda qiymətlərin səviyyəsi Ermənistanla müqayisədə cari ilin yanvar-aprel aylarında 2 dəfə, cari ilin mart ayı ilə müqayisədə aprel ayında isə 3 dəfə yüksək olmuşdur.
Ermənistanla Azərbaycanın xarici ticarətindəki vəziyyətə diqqətimizi yönəltsək görərik ki, bu ilin dörd ayını Ermənistan mənfi, Azərbaycan isə müsbət saldo ilə yekunlaşdırıb. Bəs biz müsbət saldoya necə nail olduq. Bunun iki səbəbi var:
1. Neftin dünya bazarında qiymətinin yüksəlməsi ixracının əsas hissəsini neft və neft məhsulları təşkil edən ölkəmizin dəyər ifadəsində daha çox mal ixrac etməsinə gətirib çıxardı ki, bu da son nəticədə müsbət saldonun yaranmasına səbəb oldu.
2. Xarici ticarətdə gizli dövriyyənin olması. Yəni, idxal olunan malların bir hissəsi həcminin və ya dəyərinin azaldılması sayəsində qeydiyyatdan kənarda qalır və bu da ixracın idxaldan çox olması görüntüsünü yaradır.
Bütün bunlar o deməkdir ki, əgər Azərbaycanda neftsiz xaric ticarət dövriyyəsi hesablansa, yəni nefti çıxsaq, vəziyyətin nə yerdə olduğu tam çılpaqlığı ilə özünü göstərəcək.
Dörd ayın yekunlarına görə Azərbaycanın ixracatında neft sektorunun çəkisi 88% təşkil edib (3 milyard 394 milyon 538 min dollarlıq). İndi gəlin təsəvvür edək ki, bizim neftimiz yoxdur. Bu zaman bəlli olur ki, cari ilin dörd ayında cəmi 462 milyon 891 min dollarlıq qeyri-neft məhsulu ixrac edilib, bundan 4 dəfə çox (1 milyard 924 milyon 398 min dollarlıq) məhsul idxal edilib və bunun nəticəsində ölkənin xarici ticarət saldosu mənfi 1 milyard 461 milyon 507 min dollar təşkil edib. Gördüyünüz kimi Azərbaycanın mənfi saldosu (neft sektoru istisna olduqda) Ermənistanın mənfi saldosundan 1.7 dəfə artıqdır.
Əməkhaqqına gəldikdə isə deyə bilərsiniz ki, biz ermənilərdən 8 dollar artıq əmək haqqı alır. Lakin bizim əmək haqqımız bu zahiri artım pərdəsi altında həqiqətdə əksilmişdir, çünki bu artım həmin müddət ərzində zəruri yaşayış vasitələrinin hətta artmış olan qiymətini də ödəmir. Yəni, bizim aldığımız əmək haqqı nominal əmək haqqıdır. Bayaq demişdik ki, Azərbaycanda inflyasiya Ermənistanla müqayisədə 2 dəfə artıqdır. Bu o deməkdir ki, bizim real əmək haqqımız ermənilərinkindən 2 dəfə azdır.
Gənc iqtisadçı: Ramil Rahiboğlu
Dünya Bankı ərzaq böhranı ilə mübarizəyə 1,2 milyard dollar ayıracaq. Bu məbləğin 200 milyon doları isə qrant şəklində kasıb ölkələrə veriləcək. Dünya Bankının 29 mayda yaydığı press-relizdə belə deyilir. “Ərzaq məhsullarının yüksək qiymətə olması planetin bir milyard kasıb sakinini iki milyarda çevirir”, - deyə Dünya Bankının prezidenti Robert Zelik bildirir və əlavə edir ki, proqram əhalinin daha çox ehtiyacı olan və aclıq təhlükəsilə üzləşən hissəsinə yardım üçündür. Bundan başqa, 2009-cu ildə Dünya Bankı inkişaf etməkdə olan ölkələrdə ən əsas kiçik təsərrüfatları böhrandan qorumaq məqsədilə dünya kənd təsərrüfatına olan dəstəyini dörd milyard dollardan altı milyard dollara qədər artıracaq və məhsulların xüsusi sığorta mexanizmini yaradacaq. Bu yaxınlarda qrantların Haitiyə və Liberiyaya (hərəsinə 7 milyon dollar), həmçinin Cibutiyə (5 milyon dollar) verilməsi təsdiqləndi. İyunda Toqo, Yəmən və Tacikistana yardım olunacaq.
Belçika hakimiyyəti İraqın dövlət borcunun 80 faizini - hansı ki, 320 milyon avro (500 milyon dollar) təşkil edir - silməyə hazırdır. Bu barədə Belçikanın dövlət katibi Olivyer Şastel bəyanat verib. Bununla belə, Belçika borcun 260 milyon avrosunu (403 milyon dollar) siləcək. Onu da deyək ki, İraqın yeni hökümətinin dövlət borcu Səddam Hüseyn rejimindən miras qalıb.
Qiymətlərin artımı Rusiya höküməti üçün ən böyük problemə çevrilib. Belə ki, Rusiya prezidenti Maliyyə Nazirliyinə inflyasiyanın saxlanılması üçün bütün lazımi tədbirlər görülməsini tələb etmişdi ki, Rusita Statistika Komitəsi bəyan etdi ki, may göstəricisində qiymətlər yenə də artıb. Bununla hökümətin illik inflyasiyanı planlaşdırılmış çərçivədə saxlamaq ümidləri yavaş-yavaş boşa çıxır.
20 maydan 26 maya kimi qiymətlərin artımı 0.3% təşkil edib. Yeddi gün ərzində bahalaşmanın liderləri düyü (2.8%), buğda (1,5%) və şəkər tozu (1,4%) oldu. Bahalaşma tərəvəz bitkilərində 2,5% qeydə alındı. Sosiska, duz, peçenya, vermişel, günəbaxan yağı 0,8-1%, un və çörək 0,5–0,6% bahalaşıb. Lakin, istisnalar da var: pendir 0,8%, şor isə 0,2% ucuzlaşıb. Ancaq daha çox ucuzlaşan yumurtadır. Bu məhsulların ucuzlaşması isə ümumi dinamikaya təsirsiz ötüşdü.
“Rosstat”ın məlumatına görə mayda qiymətlər 1,4% arta bilər. Bu isə aprellə müqayisədə heç də az deyil.
Hökümət isə xalqı əmin edir ki, qiymət artımının saxlanılması nəzarətdədir.”İnflyasiyanın saxlanılması – bu hökümət üçün ən vacib məsələdir. Güman edirəm ki, bütün bu hesablamalar və dövlət büdcəsinə ediləcək dəyişikliklər bu günki və ilin sonuna planlaşdırdığımız makroiqtisadi göstəricilərə təsir göstərməyəcək” Bu sözləri bu yaxınlarda keçirilən müşavirədə Dimitriy Medvedyev Maliyyə Nazirliyinin başçısı Aleksey Kudrinə demişdir. Buna cavab olaraq Kudrin dövlət başçısını əmin etdi ki, “Maliyyə Nazirliyi və Mərkəzi Bank yaxın yarımildə inflyasiya templərinin aşağı salınması üçün əlindən gələni edir” Maliyyə Nazirliyinin uzunmüddətli maliyyələşdirmə departamentinin direktoru Oksana Serqiyenko isə bəyan etdi ki, bu il üçün 10,5%-lik inflyasiya proqnozlaşdırılır. İqtisadi İnkişaf Nazirliyinin proqnozlarında da dəyişiklik yoxdur. ”Biz hələ ki, bunu etmək fikrində deyilik” - iqtisadi inkişaf naziri Elvira Nabullina belə deyir.
Ancaq inflyasiya artıq ilin əvvəlindən 7.6% təşkil edib və may ayının göstəricilərinə görə ümumilikdə 7.8% olacaq. Ekspertlərin fikrincə bəyan olunan həddi qorumaq qeyri-mümkündür: “İqtisadiyyatın müxtəlif sektorlarına milyardlarla vəsaitin cəlb olunması inflyasiya bumeranqı ilə qaytarılır. Bundan başqa inflyasiya proqnozlarının tez-tez dəyişdirilməsi peşəkarsızlığın göstəricisidir. Problem ondadır ki, inflyasiya proqnozları yüksək olmamalıdır, çünki bu şok effekti verir. Lakin az da olmamalıdır ki, bir neçə aydan sonra yenidən artırmağa ehtiyac yaransın”.
Rusiyanın kənd təsərrüfatı naziri Aleksey Qordeyevin fikrincə yaxşı taxıl yığımı gözlənildiyindən ixraca məhdudiyyət qoymağa ehtiyac yoxdur. Proqnozlara görə 2008-ci ildə taxıl yığımı 85 milyon ton olacaq.
Xatırladaq ki, Rusiya tərəfindən taxıl ixracına gömrük rüsumunun tətbiq edilmə müddəti 1 iyul qurtarır. Gömrük rüsumunun tətbiq edilməsi daxili bazarı taxılla təmin etmək məqsədi güdürdü. Belə ki, ixraca rüsum tətbiq edilmədiyi təqdirdə istehsalçılar taxılı daha yüksək qiymətlərlə xaricə çıxarmağı üstün tuturdular. Sonradan Rusiya Belarusa və Qazaxıstana taxıl satmağa qadağa qoydu. Burada da məqsəd o idi ki, rusiya taxılı bu ölkələr vasitəsilə xaricə satılmasın.
ABŞ Energetika Nazirliyinin verdiyi statistik məlumatlara istinad edərək deyə bilərik ki, dünyanın böyük neft və neft məhsulları istehsalçıları 2007-ci ildə neft ixracını 2,5% azaldıblar. Bununla yanaşı idxalçıların neftə olan tələbatı daima artır, neftin qiymətləri isə bir ildə 57% artıb. Bu isə öz növbəsində neft ixracatçılarına yüksək mənfəət əldə etməyə imkan verir. Amerika statistikasının məlumatına əsasən ixracın azalma meyli 2008-ci ildə də dəyişməyəcək.
“The Wall Street Journal” qəzeti neft ixracının azalmasını bir neçə səbəblə əlaqələndirir. Birincisi, bir çox neft ixrac edən dövlətlər dünya bazarındakı yüksək qiymətlər sayəsində əldə etdikləri üstün gəlirlə sürətlə inkişaf etməyə başlayırlar. Buna görə də daxili tələbatı ödəmək məqsədilə onlara böyük həcmdə neft lazımdır. İkincisi, neft yataqlarında hasilatın azalması və investisiyaların lazımi kəmiyyətdə olmaması Meksikada, Norveçdə və Rusiyada neft ixracının azalmasına səbəb oldu. Bundan başqa, bu yaxınlarda OPEK bəyan etdi ki, neft hasilatına olan kvotaları artırmaq niyyətində deyillər.
Son aylar dünya bazarında neftin qiyməti rekord templərlə artaraq hər barrelə görə 130-135 dollara çatıb. ABŞ da daxil olmaqla, bir çox inkişaf etmiş ölkələr öz neftini hasil etmədiyinə görə neft ixrac edən ölkələrdən neftin hasilatını artırmağı tələb edirlər. Neft ixracatçıları isə bəyan edirlər ki, neftin qiymətinin qalxmasının əsas səbəbini bazarda neftin çatışmamasında yox, qeyri-stabil dünyada axtarmaq lazımdır.
Fransa “Böyük Səkkizliyin” neftin qiymətini aşağı salmaq üçün neft ixrac edən ölkələrə təsir göstərməsini istədi. Bundan əlavə, Fransanın maliyyə naziri Kristin Laqard (Christine Lagarde) anoloji xahişlə iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrə də müraciət edəcəyini bildirib.
Bundan əvvəl ABŞ prezidenti Corc Buş da eyni xahişlə OPEK ölkələrinə müraciət etmişdir. Halbuki, Anqollanın enerergetika naziri və “OPEK”in prezidenti Şakib Xəlil (Chakib Khelil) artan neft qiymətinə təsir edə bilməyəcəyini bəyan etdi. O, “qara qızılın” qiymətinin qalxma səbəbini OPEK-ə üzv ölkələrdə hasilatın azalması ilə əsaslandıraraq Rusiyanı nümunə kimi göstərdi. Bundan əlavə, Xəlilin fikrincə dolların məzənnəsinin aşağı düşməsi də qiymətin qalxmasına təsir göstərir. Onun fikrincə, neft ixrac edən ölkələrin hasilatı artırması da vəziyyətin yaxşılaşmasına müsbət təsir göstərməyəcək.
“Forbes” jurnalı, İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatının (İƏİT) Facebook 2008 illik statistik rəqəmlərinə əsaslanaraq dünyanın ən çox işləyən 30 ölkəsinin siyahısını tərtib edib. Bəzi izaholunmaz səbəblərə görə, İƏİT 2006-cı ilə olan məlumatları verir (2007-ci ilin nəticələrini 2009-cu ildə öyrənmək mümkün olacaq). Reytinqin tərtibatında İƏİT-in üzvü olan ölkələrin sakinlərinin öz işlərinə sərf etdikləri saatların kəmiyyəti nəzərə alınmışdır. Reytinqdə birinci yeri ilin 2357 saatını işə sərf edən koreyalılar tutur. Beləliklə, işləyən hər bir koreyalının iş gününün orta müddəti 6.5 saat təşkil edir (bayram və istirahət günlərini nəzərə almamaq şərtilə). Qeyd edək ki, Koreya adambaşına iş saatlarının miqdarına görə İƏİT-ə üzv olduğu zamandan - 1980-ci ildən bəri öz lider mövqeyini qoruyub saxlayır. Əgər nəzərə alsaq ki, Koreyada həftədə 5 gün işləyirlər, məzuniyyət 4 həftə, istirahət günləri - 14 həftədir, onda belə çıxır ki, koreyalılar ilin 241 gününü işləyirlər. Beləliklə, iş gününün orta müddəti 9.7 saata bərabərdir. Əməksevər koreyalılardan sonra heç də az əməksevər olmayan yunanlar gəlir. 2006-cı ildə hər bir yunan öz ömrünün 2052 saatını işə sərf etməyə ərinməmişdir. Üçüncü yeri çexiyalılar tutur - onlar ilin 1997 saatını işləmişlər. Reytinqin dördüncü və beşinci sətrində Bolqarıstan və Polşa qərarlaşmışdır. Bu ölkələrin sakinləri müvafiq olaraq ilin 1989 və 1985 saatını işə sərf etmişlər. İƏİT-in məlumatlarına əsasən ən “tənbəl” əhali Niderland sakinləri olmuşlar. Orada hər bir işçi ilin 1391 saatını işləmişdir. Beləliklə hollandlar üçün iş gününün orta müddəti 3,8 saat təşkil etmişdir (təqvimdəki “qırmızı günlər” və istirahət günləri istisna olmaqla). Bununla belə, əgər dörd həftəlik məzuniyyəti və bütün istirahət günlərini nəzərə alsaq, onda belə çıxır ki, iş gününün orta müddəti 5.7 saata bərabərdir. “Tənbəllərin” beşliyinə Norveç də daxildir. 2006-cı ilin yekunlarına görə bu ölkə 29-cu yerə yiyələnmişdir - hər bir norveçli ilin orta hesabla 1407 saatını işləmişdir. 28-ci yerdə Almaniyadır, hansının ki, vətəndaşları Norveçlilərə nisbətən işə 29 saat çox vaxt sərf etmişdir. “Dünyanın ən çox işləyən ölkələri” siyahısında Belçika və Fransa uyğun olaraq 26 və 27-ci yerləri tutur. Fransızlar 2006-cı ildə ortalama 1564 saat, Belçikalılar isə 1571 saat işləmişlər. İƏİT-in tətqiqatçıları qeyd edirlər ki, 1983-cü ildən bəri İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatının üzvü olan bütün ölkələrdə iş gününün orta müddəti dayanmadan ixtisar olunmuşdur. Bu baxımdan koreyalılar yenə də birinci olmuşlar. Onların iş gününün orta müddəti 1980-ci ildə 1.3 saat azalaraq, 7.8 saatdan 6.5 saata düşmüşdür. İş gününün ən az dəyişkənliyi amerikalılara nəsib olmuşdur. Belə ki, amerikalılar həm 1980-ci idlə, həm 1990-cı ildə, həm də 2006-cı ildə gündəlik ortalama 4.9 saat işləmişlər. Yeri gəlmişkən, haqqında bəhs etdiyimiz reytinqdə onlar doqquzuncu yeri tutmuşlar- hər bir amerikanlı ilin orta hesabla 1797 saatını işləmişdir. Maraqlıdır ki, həmişə öz zəhmətsevərliyi ilə tanınan Yaponlar 2006-cı ilin nəticələrinə görə, hər biri ilin 1784 saatını çalışmaqla 12-ci yerə sahib çıxmışlar. Onların orta iş günü müddəti 4.8 saat təşkil etmişdir. Ancaq, ədalət naminə qeyd etməyə dəyər ki, 1970-ci ildən və koreyalıların İƏİT-ə üzv olmasından qabaq Yaponiya ən çox işləyən ölkələr arasında birinci yerdə idi. “Dünyanın ən çox işləyən ölkələri”nin siyahısı: 1. Koreya -2357 (hər bir işçinin bir ildə orta hesabla işlədiyi saatların miqdarı) 2. Yunanıstan - 2052 3. Çexiya - 1997 4. Bolqarıstan - 1989 5. Polşa - 1985 6. Türkiyə - 1918 7. Meksika - 1883 8. İtaliya - 1800 9. ABŞ - 1797 10. İslandiya - 1794 11. Yeni Zellandiya - 1787 12. Yaponiya - 1784 13. İspaniya - 1764 14. Portuqaliya - 1758 15. Slovakiya - 1749 16. Kanada - 1738 17. Finlandiya - 1721 18. Avstraliya - 1714 19. Böyük Britaniya - 1669 20. İsveçrə - 1659 21. Avstriya- 1659 22. İrlandiya - 1640 23. Lüksemburq - 1604 24. Danimarka - 1584 25. İsveçrə - 1583 26. Belçika - 1571 27. Fransa - 1564 28. Almaniya - 1436 29. Norveç - 1407 30. Niderland - 1391 Gördüyünüz kimi Azərbaycanın adı “Dünyanın ən çox işləyən ölkələri”nin siyahısında yoxdur. O zaman gəlin ədaləti bərpa edək. Məlumdur ki, ölkəmizdə iş həftəsinin orta müddəti 40 saatdır. Əgər nəzərə alsaq ki, bir il 42 iş həftəsindən ibarətdir (bayram və istirahət günləri istisnadır), onda aydın olar ki, 2006-cı ildə iqtisadi fəal əhalinin ümumi sayından məşğul olan hər azərbaycanlı 1680 saat işləmişdir. Bu o deməkdir ki, biz Böyük Britaniya ilə Avstraliyanın arasındayıq.
Əksəriyyət ölkələrin birliyini təmin edən Cənubi Amerika Millətlərinin Birliyi (The Union of South American Nations) asta-asta utopik layihədən real alyansa çevrilir. 2008-ci ilin may ayının sonunda birliyə üzv dövlətələrin prezidentlərinin görüşündə tərəflər bütün ciddiliklə vahid valyutanın dövriyyə buraxılması, Mərkəzi Bankların birləşdirilməsi və ümumi parlamentin yaradılması barədə müzakirə aparıblar.
Cənubi Amerika Dövlətlərinin rəhbərləri ilk dəfə 9 dekabr 2004-cü ildə daha yaxından əməkdaşlıq etmək və Cənubi Amerika Millətlərinin iqtisadi, siyasi birliyinin yaradılması məqsədilə Kusko sazişini (Cuzco Declaration) imzaladılar. Hələ o zaman onlar vahid valyutanın, ümumi bazarın və parlamentin yaradılması barədə danışıq aparmışdılar. Halbuki dörd il əvvəl belə bəyanatlar sırf deklarasiya kimi qəbul olunurdu. Belə ki, ölkələrin hansı prinsiplər əsasında alyans qurmağı planlaşdırması qeyri-müəyyən idi.
Məlum olan o idi ki, Cənubi Amerika ölkələrinin birləşdirilməsi üçün Avropa təcrübəsinə istinad olunacaq – Avropa Birliyi 1999-cu ildə dövriyyəyə vahid valyuta buraxdı və 2004-cü ildə Şimali Avropa ölkələri hesabına genişləndi. Tarixdə müxtəlif mədəniyyətlərə, adət-ənənələrə, dillərə sahib əksəriyyət xalqların öz dövlətlərinin suverenliyini qorumaq şərtilə ağrısız birləşməsinin başqa nümunəsini tapmaq müşküldür.
Cənubi Amerika Millətlərinin Birliyinə (The Union of South American Nations və ya UNASUR) üzv olan ölkələr bunlardır: Argentina, Boliviya, Braziliya, Venesuella, Kolumbiya, Qayana, Paraqvay, Peru, Surinam, Uruqvay, Çili, Ekvador. Rəsmi dillər ingilis, ispan, portuqal və holland dilləri hesab olunur.
Məlumdur ki, Avropa Birliyinin yaradılmasında əsas məqsəd Vahid Avropanın iqtisadiyyatının dünya bazarında rəqabətqabiliyyətliyinin artırılması idi.
Cənubi Amerika ölkələri də birləşməklə bu məqsədi güdürlər. Lakin onlar üçün birinci dərəcəli məsələ əsas ticarət tərəfdaşı olan ABŞ-a münasibətdə eyni mövqedən çıxış etməkdir.
Bundan əlavə bu ölkələr 2006-cı ilin noyabrında vizanın ləğvi haqda razılaşmanı imzaladılar və bununla da Avropa Birliyində olduğu kimi vətəndaşların sərbəst hərəkətini təmin etdilər.
Halbuki bütün bunlar vahid iqtisadi məkanın yaradılmasına hazırlıq kimi qiymətləndirilməlidir. 2007-ci ildə birlik dövlətləri Beynəlxalq Valyuta Fondunun analoqunun yaradılması haqda razılığa gəldilər.
23 may 2008-ci ildə 12 dövlət tərəfindən imzalanmış razılaşmada deyilir ki, Cənubi Amerika Dövlətlərinin birliyinin yaradılması təkcə iqtisadi deyil, həm də sosial, siyasi və mədəni sferalarda olacaq. Ölkələr müstəqil olaraq ümumi problemləri vahid parlamentdə - Boliviyada yaradılması nəzərdə tutulur - müzakirə edəcəklər. Birliyin mərkəzi ofisi Ekvadorda, vahid bankı isə Kolumbiyada yerləşəcək.
Dollara rəqib ola biləcək vahid valyutanın yaxın zamanda yaradılmasına gəldikdə isə bu bir az şübhəli görünür. Çünki Cənubi Amerika valyutaları öz dayanıqlığına görə bir-birindən demək olar ki, fərqlənmir. Dünyada müəyyən qədər çəkiyə malik olanı isə braziliya realıdır. Bu onunla bağlıdır ki, Braziliya iqtisadiyyatı Cənubi Amerikada ən böyükdür. Buna görə də belə güman etmək olar ki, yeni valyuta məhz realın ətrafında qurulacaq.
Son illər, tez-tez dünyanın müxtəlif tərəflərində valyutaların birləşməsi barədə səs-soraqlar gəlir. Bu hallara avronun dövriyyəyə buraxılması və onun dünya bazarında uğur qazanmasından sonra daha çox təsadüf olunur – artıq 2008-ci ilin əvvəlində avropa valyutası 1.6 dollara alınır.
Digər ölkələrə nisbətən yeni valyutanın yaradılmasına daha yaxın Fars Körfəzi ölkələridir. Onlar 2010-cu ilə kimi özlərinin vahid pulunu dövriyyəyə buraxmaq fikrindədirlər. Bunu etmək çox asandır – demək olar ki, Fars Körfəzi ölkələrinin bütün valyutaları dollara bağlıdır, Küveytin, Səudiyyə Ərəbistanının, Bəhreynin, Qatarın, Birləşmiş Ərəb Əmirliklərinın, Omanın iqtisadiyyatları isə bir çox ümumi xüsusiyyətlərə malikdirlər. Bütün bu ölkələr neft ixracından asılıdırlar, buna görə də yaradılacaq yeni valyutanın faktiki məzənnəsinin dəyişməsi birbaşa dünya bazarında neftin qiymətindən asılı olacaq.
Afikanın cənubunda da yeni valyutanın müzakirəsi artıq onilliklərdir ki, davam edir. Hələlik, belə hesab olunur ki, “afro”nun dövriyyəyə buraxılması 2016-cı ildə gerçəkləşəcək və bu valyuta ilə CAR-da, Botsvanada, Lesotada, Svazilenddə, Namibiyada, Zimbabvedə, Anqolada, Mozambikdə, Malavidə, Tanzaniyada, Zambiyada, Mavrikidə, Seyşel adalarında və Konqo Demokratik Respublikasında hesablaşma aparmaq mümkün olacaq. Lakin Zimbabvedə inflyasiyanın illik 165 min faizə çatması “afro”nun taleyini də sual altında qoyur. Buna görə də çətin ki, hansısa ölkə öz valyutasını Zimbabve dolları ilə birləşdirmək fikrinə düşsün.
Bundan başqa, Yeni Zellandiya və Avstraliya vətəndaşlarının da tezliklə vahid valyutadan yararlanacağı barədə xarici KİV-də məlumatlar gedir. Eyni sözü rus rublunun Belarusiyada dövriyyəyə buraxılması haqda da demək olar.
Hadisələrin bu cür inkişafı amerika və kanada dollarlarının da birləşməsini labüd edir. Bu ideyanın tərəfdarları qeyd edirlər ki, Kanada iqtisadiyyatı bir çox şeylərdə ABŞ-dan asılıdır, elə iki ölkənin valyuta kursları da praktiki olaraq eynidir.
Bir sözlə, yeni valyuta yaratmaq – təkcə iqtisadi deyil, həm də siyasi qərardır.
“DQR”- də istehlak qiymətləri indeksi keçən ilin dekabr ayı ilə müqayisədə cari ilin aprel ayında 103.6%, o cümlədən ərzaq mallarının qiymət indeksi (spitli içkilər və tütün məmulatları da daxil olmaqla) 105,2%, qeyri ərzaq malları – 102%, xidmət tarifləri isə - 101,4% təşkil edib. Göstərilən dövrdə taxıl məhsullarında 111,1%, ət məhsullarında 108,1%, meyvələrdə 105,6%, spirtsiz içkilərdə 105,3%, tərəvəz və kartofda 104,7%, heyvan və bitki yağında 103,8% qiymət artımı qeydə alınmışdır. Cari ilin aprel ayında “DQR”- də istehlak qiymətləri indeksi keçən ilin eyni dövrü ilə müqayisədə 112,2% təşkil edib.
Ermənistanın baş naziri Tiqran Sərkisyan hesab edir ki, Ermənistanın 2007-ci il üçün dövlət büdcəsi icraetmə baxımından müstəsna idi. “Dövlət büdcəsinin göstəriciləri də bunu sübut edir, xüsusilə, vergi daxilolmaları misilsiz artmışdır: Əgər hökümət ÜDM-də vergi payının 0,4% artımını planlaşdırmışdısa, reallıqda artım 1,6% təşkil edib. Bu çox yüksək göstəricidir”, - Bu sözləri Ermənistanın baş naziri bazar ertəsi parlamentin daimi komissiyalarının birgə iclasında dövlət büdcəsinin icrası ilə bağlı hesabatın dinləmələrində söyləyib. Hökümətin başçısı bəyan edib ki, 2007-ci ildə dövlət büdcəsinin gəlirləri 33% artıb, halbuki əvvəlki beş ildə illik artım 16% təşkil etmişdi. Baş nazir Ermənistanın 2007-ci il dövlət büdcəsinin icrasına çox böyük diqqət yetirib, çünki bu büdcə layihəsi ağır siyasi situasiyalarda – 12 may 2007-ci ildə parlament seçkilərinin keçirilməsi və 19 fevral 2008-ci il prezident seçkilərinə hazırlıq – icra olunub. Baş nazir həmçinin qeyd etdi ki, hökümətin başlıca məqsədi yoxsulluq həddinin aşağı salınmasını təmin etmək və büdcə vəsaitlərinin əhalinin aztəminatlı hissəsinə yardım üçün bölüşdürməkdir. Oxucularımızın diqqətinə onu da çatdıraq ki, Ermənistanın 2007-ci il dövlət büdcəsinin gəlirləri 1 milyard 914 milyon dollar, xərcləri isə 2 milyard 67 milyon dollar təşkil edib. Dövlət büdcəsinin profisiti 13 milyon 675 min dollar həcmində yerinə yetirilib (beynəlxalq kredit proqramları çərçivəsində xarici mənbələrin məqsədli kreditlərilə maliyyələşdirmə istisna olmaqla).
30 sentyabarda başa çatacaq 2008-ci maliyyə ilinin, ilk yeddi ayının nəticələrinə görə, ABŞ-ın büdcə kəsiri keçən ilin eyni dövrü ilə müqayisədə 88% artaraq 152.2 milyard dollara çatmışdır. Büdcənin aprel profisitinin 159,3 milyard dollar təşkil etməsinə baxmayaraq, büdcə kəsiri bu dərəcədə artıb. Konqresin proqnozlarına görə bu maliyyə ilinin sonuna kimi büdcə kəsiri 410 milyard dollar təşkil edə bilər. Xatırladaq ki, 2007-ci ilin yeddi ayının göstəricilərinə görə isə Amerika büdcəsinin kəsiri 80.8 milyard dollar təşkil etmişdi. ABŞ maliyyə nazirliyinin məlumatına görə maliyyə ilinin ilk yeddi ayında ABŞ büdcəsinə daxilolmalar 1 trilyon 550 milyard dollar təşkil etmiş, hansı ki, bu 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 3% çoxdur. Lakin hökümət xərcləmələri 7.4% artaraq 1 trilyon 700 milyard dollar təşkil etmişdir. Buna baxmayaraq, amerika Maliyyə Nazirliyi büdcənin 159.3 milyard dollarlıq aprel profisiti barədə xəbər verdi. Keçən ilin müvafiq dövründə profisit 177.7 milyard dollar təşkil etmişdir. Qeyd edək ki, ABŞ büdcəsi üçün aprel ənənəvi gəlirli ay sayılır – məhz bu müddətdə vergi daxilolmaları artır. Yadınıza salaq ki, 2008 maliyyə ilinin ilk altı ayında dövlət məxarici dövlət mədaxilini 311 milyard dollar üstələyərək 2006-cı ilin rekordunu – 302 milyard dollar – təzələmişdir. Dövlət məxaricləri 2007-ci ilin sonu və 2008-ci ilin əvvəlində sürətlə artmışdır. Buna ipoteka və maliyyə böhranı, həmçinin iqtisadi artım templərinin aşağı düşməsi səbəb olmuşdur. Bundan başqa, ABŞ-da vətəndaşlara yardım proqramı fəaliyyət göstərir, hansı ki, tənha adamlara 600 dollar, evlənənlərə isə 1200 dollar həcmində verginin geri qaytarılmasını nəzərdə tutur.
MDB-də ən aşağı inflyasiya Ermənistanda qeydə alındı 2008-ci ili 1-ci rübündə MDB məkanında ən aşağı illik (yəni, 2007-ci ilin 1-ci rübü ilə müqayisədə) inflyasiya 7.9%-lə Ermənistanda qeydə alındı. Bu barədə məlumatı MDB Statistika Komitəsi yayıb. Göstərilən dövrdə MDB ölkələrində istehlak qiymətlərinin orta qiymət artımı 15% təşkil edib. Bununla belə, MDB SK-nin məlumatına əsasən, Ermənistanda cari ilin fevral ayı ilə müqayisədə mart ayında inflyasiya 1.4% təşkil edib. Ümumi götürdükdə, inflyasiya bütün MDB-də müşahidə olunub. İstehlak qiymətlərinin maksimal artımı 2008-ci ilin 1-ci rübündə 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə Tacikistanda 26,2% (cari ilin fevral ayı ilə müqayisədə martda 0.9%-lik), Ukraynada 22,5% (3.8%-fevralla müqayisədə martda), Qırğızıstanda 22,4% (2.3%), Qazaxıstanda 18,7% (0.6%), Azərbaycanda 16,5% (3.1%), Moldovada 14,7% (1.1%), Belarusda 13,0% (0.8%), Rusiyada 12.9% (1.2%), Gürcüstanda 11.3% (fevralla müqayisədə martda istehlak qiymətlərində heç bir dəyişiklik müşahidə olunmayıb) qeydə alınıb. 1-ci rübdə MDB-dəki inflyasiya ilə əlaqədar Türkmənistan və Özbəkistanla bağlı məlumatlar yoxdur.
| |